İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEC+ gündəlik hasilatı daha 1 milyon barel azaldacaq? – Mühüm iclas başlandı

417 30.11.2023 19:50 Dünya A A

OPEC+ razılaşması iştirakçılarının nazirlər görüşü başlayıb.

Musavat.com xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, OPEC+ üzvü olan ölkələr neft hasilatı kvotalarının əlavə olaraq gündəlik 1 milyon barel azaldılması, Səudiyyə Ərəbistanı isə hasilatın sutkada 1 milyon barel azaldılması üzrə könüllü öhdəliyinin müddətinin uzadacaqları barədə konsensusa gəlib.

Rusiyanın “İnterfaks” agentliyi isə bildirir ki, Səudiyyə Ərəbistanının könüllü məhdudiyyətlərinin uzadılması birinci rüb üçün müzakirə edilir, krallıq isə sazişin digər tərəflərindən əlavə məhdudiyyətlər gözləyir. Ola bilər ki, sövdələşmənin bütün iştirakçıları deyil, 2023-cü ilin may ayından bəri olduğu kimi, onlardan yalnız bəziləri hasilatı azaltmağa razılaşacaq.

İndiyədək OPEC+-un 2024-cü il üçün hasilat planında ümumi gündəlik hasilat kvotası, bir sıra ölkələrin könüllü məhdudiyyətləri nəzərə alınmaqla sutkada 1,66 milyon barel azaldılmaqla 38,9 milyon barel nəzərdə tutur. İyul ayından 2023-cü ilin sonuna qədər Səudiyyə Ərəbistanı hasilatı sutkada 1 milyon barel azaldıb. Rusiya hasilatı sutkada 500 min barel, sonra isə ixracı bu ilin sonunadək 300 min barel azaltdığını elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR