İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar kosmosdan ordumuzu izləyəcək, Zəngəzur cəbhəsində toqquşma olacaq, 2022-ci ildəki…” - ŞOK AÇIQLAMALAR

5517 27.02.2024 21:17 Siyasət A A

Uzun dövrlər ermənilərdən yaşadıqları coğrafiyada gərginlik yaratmaq üçün istifadə olunub – Osmanlı imperiyası, 20-ci əsrin əvvəlləri, 20-ci əsrin sonları və s. Yenə tarix təkrarlanır, bu dəfə Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmağa çalışır. Məqsəd isə bölgədə vəziyyəti gərginləşdirmək, Rusiyaya qarşı yeni cəbhə açmaq və Rusiyanın yerini tutmaqdır.

Qərb Putinin başının müharibəyə qarışmasından eninə-boluna yararlanmağa çalışır. Bu yolda Qərb mediasında “Ermənistana təhdid olan Azərbaycan” haqda təbliğat, anti-Azərbaycan isterikası genişləndirilir. Bir sözlə, Qərbin təbliğat maşını tam sürətilə hərəkətə keçib. Məqsəd isə ictimai rəyi planlaşdırdıqları təxribata (müharibəyə) hazırlamaqdır. Bəli, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Öz çirkin məqsədinə don geyindirməyə çalışaraq Azərbaycanı Ermənistana qarşı müharibəyə hazırlaşmaqda ittiham edir.

MUHAR YENİ.jpg (80 KB)

Bu dəfə Fransa Qərbin “qanlı ssenarisi”ni reallaşdırmağa imza atıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Emmanuel Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır.

Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Ermənistana ötürülür, fransız hərbçiləri Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçir.

Hədəf isə gün kimi aydındır - Ermənistanın qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirməsi və bununla da danışıqlar prosesində onun mövqelərinin gücləndirilməsi.

Aİ missiyası Azərbaycanla sərhəddə yerləşdirilib, Azərbaycan haqda kəşfiyyat məlumatları toplanır, fransız general sərhədə gəlib.

“Azərbaycan hücuma hazırlaşır” təbliğatını aparan Qərb Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulmasını, hərbçimizin yaralanmasını, şərti sərhəddə atəşkəsin davamlı pozulmasını, Naxçıvan istiqamətində təxribatlara əl atılmasını görməzlikdən, eşitməzlikdən gəlir. Yenə lal, kar, kor olublar, çünki işlərinə yarayır.

Xatırladaq ki, fevralın 24-də müdafiə naziri Zakir Həsənov müşavirə keçirib, bölmələrin döyüş hazırlığının yüksəldilməsini tapşırıb. Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib.

ZAKO SON.jpg (87 KB)

Ermənistana gəlincə, Qərb Paşinyanı elə xodlayıb ki, Rusiyaya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) təpik atır. Fransa müdafiə naziri Sebastian Lekornünün Ermənistana səfəri ilə Paşinyanın Rusiyanın ünvanına sərt ittihamlar səsləndirməsi və KTMT-də fəaliyyətinin dondurulduğunu bəyan etməsi eyni vaxta təsadüf edir. Hər şey ssenari üzrə irəliləyir.

AZİZ.jpg (222 KB)

Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Musavat.com-a açıqlamasında deyib ki, Qərb bir neçə istiqamətdə Azərbaycana qarşı hücumlarını arqumentləşdirir:

“Bu, təkcə müdafiə haqqında silahların verilməsi sahəsini əhatə etmir. Bu, bilavasitə müharibə dönəminə qədərki hazırlıq və döyüş öncəsi strateji planlaşdırma, kəşfiyyat məlumatlarının toplanması, strateji məlumatların əldə olunması, casusluq, təxribat istiqamətlərini də əhatə edir. Hesab edirəm ki, bunun əlaqələndirildiyi sahə - kiberməkan tamamilə geniş bir areal üzrə İranın da Ermənistan və Fransa üçbucağına daxil olmaqla geniş şəkildə şəbəkələşməsi göstərilir. Faktiki olaraq Ermənistan üzərindən ciddi müharibə anonsları verilir.

Düşünürəm ki, burada Azərbaycan və Türkiyəyə qədər çox ciddi addım atmalı olan ölkə Rusiyadır. Onun Ukraynadakı mövqelərinin bu dərəcədə titrəməsi Ermənistanda anti-rus cəbhəsinin real addım atmasına gətirib çıxarır.

PUTİN SON.jpg (65 KB)

Xüsusilə də Zəngəzur cəbhəsində belə bir toqquşma fikrini alovlandırmağa çox yaxındırlar”.

Ekspertin fikrincə, Azərbaycanın hərbi gündəliyini, qoşunların dislokasiyasını izləsək, Naxçıvan ordusunun sərt qış və dağlıq şəraitdəki təlimlərinə fikir versək, ipuclarını da görə bilməyimiz mümkündür:

“Hesab edirəm ki, xüsusilə Ermənistan prezidentinin İraqa səfəri, baş nazir Nikol Paşinyanın paralel şəkildə digər vacib ölkəyə səfəri imkan verir ki, biz təxmini dairəni müəyyən edək. Fransadan sinxron şəkildə ciddi bir tezis, təlimat gəlib. Fransız ordusunun Göyçə dağlarındakı varlığını rəsmiləşdirmək üçün düyməyə basılıb.

Vaaqn Xaçatryanın İraqdakı görüşlərinin arxa planında dayanan əsas məsələ Ermənistan prezidentinin həm də İraq Kürdüstanına getməsi idi. Bu səfər məndə 2 vacib təəssürat doğurdu. Dünən qeyd etdiyim kimi, PKK-nın silahlandırılmasının bir ucunda Fransa dayanır. İkincisi, Azərbaycan-İraq Kürdüstanı və İraq Kürdüstanı-Türkiyə münasibətlərində ciddi maraq nöqtələri var, xüsusilə Türkiyə-İraq Kürdüstanı üzərində. Ermənistanın o bölgəyə getməsi və son zamanlar PKK ilə İraq Kürdüstanının eyni strateji yöndə dayanmalarını görməyimiz bizim üçün bəzi ipucları da yaradır. O baxımdan İraq Kürdüstanının hansı cəbhəyə transfer ediləcəyi düşüncəsi uğrunda ciddi bir mübarizə getməkdədir”.

İRAK.jpg (45 KB)

Əziz Əlibəylinin sözlərinə əsasən, Azərbaycan Prezidentinin Münxendəki görüşündən dərhal sonrakı dönəmdə İraqa səfər edən Ermənistan prezidenti İraq Kürdüstanına çıxır:

“Guya orada erməniəsilli icma ilə görüşəcək. Biz bunu mütləq bir tərəfə yazırıq. Orada 2 milyona yaxın türkmən yaşayır”.

Ekspert hesab edir ki, Fransa silahlarının Ermənistana gəlməsi və Fransanın orada silahlı şəkildə təmsil olunması böyük bir konsepsiyanın tərkib hissəsidir:

“Bu da Avropa quru qoşunlarının Ukrayna cəbhəsinə müdaxiləsi düşüncəsinin davamı kimi görünür.

Xatırlayırsınızsa, Makron “biz artıq Ukrayna cəbhəsində öz ordumuzla təmsil olunmaq istəyirik” deyə açıqlama verib. Bu fikri daha öncə slovakiyalı siyasətçinin də dilindən eşitdik. İlk ipuclarını o vermişdi. Bunu o qənaətlə əsaslandırırlar ki, ABŞ-dakı seçkilərin nəticələri qeyri-müəyyən görünür və Trampın güclü şəkildə mübarizəyə başlaması Avropanın özünün təhlükəsizlik paradiqmalarını dəyişməyə məcbur edir. Söhbət Slovakiyanın baş naziri Robert Fikodan gedir. 5 konsensus istiqamətində Avropa və Ermənistan öz baxışlarını region ölkələrinə yaymaq niyyətindədir. Ermənistana kibermübarizə sahəsində əməkdaşlıq təklif edilir. Bu əməkdaşlığın içərisində srağagün Parisdə imzalanan müqavilə dayanır. Fransa ilə Ermənistan Azərbaycan və Rusiyaya qarşı kiberhücum sahəsində əməkdaşlıq edəcəklər.

nikol.PNG (534 KB)

İkinci məsələ silahların birgə istehsalı, hərbi imkanlardır. Ermənistanda silah istehsalı bu ölkənin silahlandırılmasından çox onun silah anbarı rolunu oynamasına istiqamətlənir. Görünür, bunun əsasında qarşıdakı dövrlərdə müharibənin uzanma ehtimalına qarşı alternativ istehsalat mərkəzi yaratmaq və Ermənistandan bu cür istifadə etmək niyyəti dayanır. Üçüncüsü, Moldova kimi Rusiyanın hücumu ilə birbaşa təhqir edilən ölkələrin müdafiəsi məsələsi qaldırılır. Söhbət hansı ölkələrin müdafiəsindən gedir? Ermənistanın müdafiəsindən gedirsə, Rusiya sərhəd qoşunları orada xidmət aparır və 102-ci hərbi baza var. Avropa İttifaqının missiyasını bölgəyə gətirməklə bölgədə öz ordusunu yerləşdirmək niyyəti güdürdü. Ermənistan Moldova kimi NATO-ya, Aİ-yə üzv olmayan ölkədir. Deməli, o ölkələrdən də biri avtomatik şəkildə Ermənistan olur. Dördüncü məsələ, Ukraynanın Belarusla sərhədində hərbi qüvvələrə dəstək vermə imkanı onsuz da var. Rusiyanın Ukrayna müharibəsində üstünlüyü və qeyri-müəyyən Amerika mövqeyi imkan verir ki, ciddi addımlar atsınlar, yaxud Rusiyanın qalib gələcəyi təqdirdə Avropanın cəzalandırılmasının qaçılmaz olduğu qənaətindədirlər. Biz az bunun üzərindən baxış sərgiləyirlər ki, bəlkə revanş ala bildilər. Digər məsələ minalardan təmizləmə əməliyyatıdır.

Fikir versəniz, Ermənistan-Azərbaycan müharibəsindən sonra minalar məsələsi Azərbaycan ərazisi üzərindən gündəmə gəldi. Amma biz Fransadan bu məsələyə yönəlik hansısa dəstək görmədik. Ancaq bəzi sənədlərdə göstərilir ki, Ermənistan ərazisinin minalardan təmizlənmə məsələsi qaldırılıb və faktiki həmin mütəxəssislərin Ermənistana gətirilməsinin əsaslandırılması üçün bu faktordan da istifadə edirlər”.

zaur.jpg (49 KB)

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədovun fikrincə isə son baş verənlər göstərir ki, Ermənistan Azərbaycana qarşı sülhə yox, müharibəyə hazırlaşır:

“Bununla bağlı müəyyən qaynaqların məlumatlarını təhlil etsək, görə bilərik. Yaxın vaxtlarda məlum olub ki, Fransa və Ermənistan dövlət təhlükəsizlik nazirləri arasında gizli anlaşma olub. Medianın verdiyi məlumata əsasən, bu anlaşmaya görə, Ermənistan Fransaya, Fransa isə Ermənistana informasiya mübadiləsi aparacaq. Fransa kosmik sahədə inkişafından istifadə edərək kosmosdan Azərbaycan hərbçilərinin, hərbi texnikamızın istiqamətləri, mövqeləri ilə bağlı Ermənistandakı həmkarlarını məlumatlandıra bilər. Təhlükəsizlik məsələsindən başqa, hərbi-texniki əməkdaşlığı da biz xüsusilə vurğulamalıyıq. Həm hücum xarakterli, həm müdafiə xarakterli silahların göndərilməsi, fransız generalın Ermənistanda peyda olması və Qərbin müxtəlif media orqanlarında “Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır” kimi məsələ ondan xəbər verir ki, Qərbin ayrı-ayrı mərkəzləri Ermənistanla birlikdə müəyyən təxribat məqsədi daşıyırlar. Bu, Paşinyanın rəyi, səyi və istəkləri əsasında baş tuta bilər. Ermənistan baş naziri revanş edərək müəyyən bir ərazidə erməni hərbçilərini irəlilətmək niyyətində ola bilər.

PASİTO SON.jpg (91 KB)

Bununla da ölkə daxilində nüfuz qazana, ölkə xaricində isə müəyyən qüvvələrin öz geosiyasi maraqlarına çatmasına nail ola bilər. Bu, əlbəttə, olduqca arzuolunmaz və təhlükəli bir ssenaridir”.

Politoloq hesab edir ki, bu ssenari bölgəni yeni müharibə alovuna çevirə bilər və 2022-ci ildəki hadisələr təkrarlana bilər:

“Ermənistanın sülhdən qaçması, Nikol Paşinyanın Münxendəki görüşlə bağlı son açıqlamasının birinci açıqlaması ilə uzlaşmaması onu göstərir ki, Ermənistan Azərbaycanla revanşist, kiçik miqyaslı müəyyən bir ərazidə müharibəyə hazırlaşır. Əsas məqsədi bir neçə marağının təmin edilməsi ilə bağlıdır. Bu nöqteyi-nəzərdən Azərbaycana qarşı artıq müxtəlif media orqanlarındakı təbliğatları da nəzərə alsaq, bu, kifayət qədər real ssenaridir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR