İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar Azərbaycanla 30 il danışıqlar aparıblar”

903 08.12.2023 17:29 Son xəbər A A

“Daşnaksütyun partiyasının Azərbaycanla münasibətlərin tənzimlənməsinin ikitərəfli formatında təhlükə görməsi təəccüblü deyil”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan feysbuk səhifəsində yazıb.

“Daşnakların fikrincə, Ermənistan Azərbaycan və Türkiyə ilə dolayı dialoq aparmalıdır. Lakin belə olan halda vasitəçi ilk növbədə öz maraqlarını təmin edir, Ermənistan isə havada qalmış vəziyyətə düşür. Xarici maraqlara xidmət edən bu qrupdan fərqli nə isə gözləmək ən azı sadəlövhlük olardı. Eyni məntiqlə onlar Azərbaycanla 30 il danışıqlar aparıblar.

Serj Sarkisyan həmişə qürurla Qarabağ məsələsində Azərbaycanla deyil, beynəlxalq ictimaiyyətlə danışıqlar apardığını bəyan edib. Bu isə 2018-ci ildə danışıqlar prosesində durğunluğa gətirib çıxarıb və sonrakı münaqişənin xəbərçisinə çevrilib. Təsəvvür edin ki, siz daşınmaz əmlak və ya digər əmlak almaq üçün əməliyyat etmək istəyirsiniz. Sahibkarla birbaşa özünüz danışıq aparacaqsınız, yoxsa öz maraqlarını güdən vasitəçi vasitəsilə? Onu da nəzərə almaq lazımdır ki, daşnakların təklif etdiyi vasitəçi Ermənistan dövlətçiliyini məhv etməyə meyllidir”, - deyə Çaxoyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR