AvtoVAZ istehsalı olan avtomobillə bağlı Rusiyada qeydə alınan yol-nəqliyyat hadisəsi sosial şəbəkələrdə geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, Omsk şəhərində baş verən qəza ironik şəkildə “təhlükəsizlik katapultu” kimi təqdim olunur.
Hadisə zamanı qara rəngli Lada Priora markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq kəsişməyə daxil olub. Sola dönməyə cəhd edən sürücü iki avtomobillə toqquşub. Güclü zərbənin təsiri nəticəsində maşın qəfil dayanıb, lakin sürücü avtomobildən çölə “uçub”.
Musavat.com






