İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkələr bir-birinin ardınca bu məhsulun ixracını qadağan edir: Qıtlıq və bahalaşma GƏLİR

2623 29.07.2023 12:30 İqtisadiyyat A A

Hindistanın qabığı təmizlənmiş düyü ixracına qadağa qoyması dünyanın bir sıra ölkələrində analoji addımların atılmasına gətirib çıxarıb.

Musavat.com xatırladır ki, qlobal düyü ixracının 40 faizini təmin edən Hindistan ümumi ixracının 25 faizini təşkil edən düyü növlərinin ölkədən kənara satılmasını qadağan edib. Buna ölkədə hökm sürən quraqlıq nəticəsində istehsalın azalmasıdır.

Hindistanın ardınca Birləşmiş Ərəb Əmirlikləri bu ilin sonunadək ölkədən düyü ixracı və reixracını qadağan edib.

Bu gün isə Rusiya baş naziri düyü və düyü ununun ixracına 2023-cü ilin 31 dekabrına qədər qadağa qoyub. Qadağa yalnız Avrasiya İqtisadi İttifaqı üzvlərinə, Abxaziya və Cənubi Osetiyaya şamil olunmur.
Qeyd edək ki, Azərbaycan düyünün 80 faizdən çoxunu Hindistandan idxal edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR