İnsanlara hürriyət, millətlərə istiqlal!

Öldürülən tanınmış cərrahın hadisə yerindən son görüntüləri YAYILDI - FOTO

5911 09.05.2023 03:46 Kriminal A A

Əri tərəfindən öldürülən tanınmış həkim Türkan Gündüzün meyitinin fotoları yayılıb.

Musavat.com “lent.az”a istinadən xəbər verir ki, yayılan fotolardan belə məlum olur ki, Türkan Gündüz yaralı halda yaşamaq uğrunda mübarizə aparıb.

Yerdə sürünən Türkan Gündüz hətta barmağına saturasiya aparatı da qoşub.

Lakin həkimin yaşamaq uğrunda apardığı mücadilə nəticə verməyib.

Qeyd edək ki, mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində həyat yoldaşı, tanınmış cərrah Türkan Yafəs qızı Gündüzü qətlə yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR