İnsanlara hürriyət, millətlərə istiqlal!

Öldürdüyü arvadı ilə boşanırmış - Anasını da bıçaqlayıb - TƏFƏRRÜAT

833 05.05.2023 15:31 Kriminal A A

Ötən gün Tərtərdə 20 yaşlı qadın qətlə yetirilib.

BAKU.WS xəbər verir ki, cütlük bir müddətdir yola getmirmiş və onlar boşanmaq üçün müraciət ediblər.

Hadisə ilə əlaqədar rayon prokurorluğunun yaydığı məlumatda deyilir ki, 20 yaşlı Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı həyat yoldaşını kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR