İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurluq mahnısından danışan Damla: "Kim sizi mənə qarşı doldurub?" - VİDEO

1316 16.04.2022 19:57 Şou-biznes A A

Müğənni Damla (Məsumə Əliyeva) “Bəs edər” mahnısının oğurluq olduğu iddialarına açıqlama gətirib.

Musavat.com xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında bildirib. Damla video paylaşaraq müğənni Nurionun iddialarını əsassız adlandırıb. O, sənətçinin yalan danışdığını və mahnını razılıq əsasında oxuduğunu deyib:

“Biz iki ay əvvəl “Bəs edər” mahnısının müəllifi Nurio ilə görüşdük. O, mahnını bizə vermək istəməsə də, ortaq məxrəcə gəlib razılaşdıq. Hətta Moskvada görüşüb, mahnı ilə bağlı söhbətlərimiz olacaqdı. Biz Moskvaya gəldik, Nurioya dəfələrlə zəng etsək də cavab vermədi. Görüş təyin etdik, lakin alınmadı.

Prodüsserim Şamil dəfələrlə Nurio ilə əlaqə saxlayıb. Mesaj belə yazdıq ki, biz artıq mahnının aranjimanına başladıq.

Yenə sizdən xəbər, səs-soraq çıxmadı. Nə baş verib? Kim sizi mənə qarşı doldurub? Deyirsiniz ki, klipi yutubdan sildirəcəksiniz. Bunu necə edə bilərsiniz? Həm mahnıya, həm də klipə nə qədər maddi və mənəvi əmək sərf olunub. Biz axı sizinlə əvvəlcədən razılaşmışıq. Bunu axı kim oradan sildirə bilər?”

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Nurio adlı müğənni “Bəs edər” mahnısının ona aid olduğunu bildirib. O, sosial şəbəkə hesabında video paylaşaraq Damlanı onun mahnısını oğurlamaqda ittiham edərək məhkəməyə verəcəyini deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR