İnsanlara hürriyət, millətlərə istiqlal!

OECD ölkələrində inflyasiyanın sürəti azalıb

304 06.03.2024 18:00 İqtisadiyyat A A

Yanvar ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə inflyasiyanın sürəti azalıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, üzv ölkələrdə istehlak qiymətləri ötən ilin dekabrındakı 6 faizlik artımdan yanvarda illik 5,7 faizə qədər zəifləyib.

Hesabata görə, inflyasiyanın yavaşlaması təşkilata daxil olan ölkələrin üçdə ikisində qeydə alınıb. İstehlak qiymətlərinin artımında 1 faizdən çox azalma Çexiya, Slovakiya, Macarıstan, Avstriya və İslandiyada qeydə alınıb. OECD-nin 14 ölkəsində (dekabrda 11 ölkədə) inflyasiya 3 faizdən aşağı olub.

OECD enerji qiymətləri əvvəlki ayda 2.3 faiz azaldıqdan sonra yanvarda 3.3 faiz azalıb. Enerji qiymətlərinin dinamikası ardıcıl doqquzuncu aydır mənfi olaraq qalır. Ərzaq qiymətləri dekabrda 6,7 faiz artdıqdan sonra yanvarda göstərici 6,2 faizə düşüb.

Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri (baza inflyasiya) ötən ayda 6,6 faiz, dekabrda isə 6,7 faiz olub.

G7 ölkələrində inflyasiya yanvar ayında bir ay əvvəlki 3,2 faizdən 2,9 faizə enərək, 2021-ci ilin aprelindən bəri yeni minimum səviyyəyə çatıb. G20 ölkələrində qiymətlər dekabrdakı 6,5 faizlə müqayisədə 6,4 faiz artıb.

Avrozonada qiymət artımı (HICP indeksi) yanvarda əvvəlki ayla müqayisədə 2,8 faiz təşkil edib. Ərzaq və enerji qiymətləri nəzərə alınmadan göstəricinin artım tempi 3,4 faizdən 3,3 faizə qədər azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR