İnsanlara hürriyət, millətlərə istiqlal!

Odioz Beriya fiziklərin nazıyla oynayıb – SSRİ-ni nüvə dövləti edənlər

2976 20.08.2022 12:44 Yaxın tarix A A

SSRİ-də atom layihəsinin icrasını adətən Lavrenti Beriyanın adı ilə bağlayırlar. Əslində isə nüvə silahının yaradılmasına ilk olaraq Vyaçeslav Molotov rəhbərlik edib. 11 fevral 1943-cü ildə İosif Stalin Dövlət Müdafiə Komitəsinin 2872 nömrəli “atom bombasının yaradılması üzrə iş proqramı haqqında” qərarını imzalayanda, həmin qərarda proqrama rəhbərlik rəsmi olaraq Vyaçeslav Molotova həvalə edilib. 3 dekabr 1944-cü ildə isə Dövlət Müdafiə Komitəsinın növbəti qərarı ilə “uran işlənməsinin inkişafına nəzarət” Beriyaya tapşırılıb. Həmçinin 20 avqust 1945-ci ildə SSRİ Xalq Komissarları Soveti yanında yaradılmış atom enerjisinin istifadəsi ilə bağlı xüsusi komitəyə də Beriya rəhbərlik edib.

Atom layihəsi SSRİ-nin mövcud olduğu 70 il ərzində bəlkə də ən vacib və ən məxfi saxlanılan layihəsi olub. Bu layihənin icrası zamanı bütün sənədlər, hətta xidməti avtomobillərə ayrılan yanacaq, ehtiyat hissələri də “tam məxfi” qrifi altında saxlanılıb.

Берия.jpg (73 KB)

Layihənin həyata keçirilməsində hökumət büdcəyə qənaət etməyib. Vəsait çatışmazlığı yarananda Stalin digər sahələrə ayrılmış vəsaitdən kəsərək atom layihəsinin icrasına yönəldib.

Layihədə iştirak edən alimlərin təminatına da xüsusi diqqət ayrılıb. Nüvə fizikləri mənzi, bağ evi, şəxsi avtomobillə təmin ediliblər. Alimlərin ərzaq, geyim, ev avadanlıqıarı, müalicə və istirahətləri, ailələrinin digər məişət qayğıları dövlət tərəfindən qarşılanıb. Amma bunlara baxmayaraq, nüvə silahını yaradanların bəzi məqamlarda narazılıqları da ortaya çıxıb. Bu narazılıqlar onlara tətbiq edilən qadağalarla bağlı olub.

15 sentyabr 1948-ci ildə xüsusi komitənin iclasında Beriya imzaladığı 69 nömrəli əmri alimlərin diqqətinə çatdırıb. Əmrə əsasən nüvə fiziklərinə həm şəxsi, həm də xidməti avtomobillərini idarə etmək qadağan olunub. Bir neçə gün öncə alimlərdən iki nəfərin, Panasyukun və Artsimoviçin avtomobil qəzasına düşməsi Beriyanı bu əmri imzalamağa vadar edib. Alimlər üçün peşəkar sürücülər təyin olunub. Sürücülərə xəbərdarlıq edilib ki, hətta istirahət günü sükanı alimlərə verəcəyi təqdirdə onlar məhkəmə qarşısında cavab verəcəklər.

8cff0e9aee5d1e7daa8d7ceb17eb54f2.jpg (121 KB)

Bu əmrdən sonra alimlər daha bir qadağa ilə üzləşiblər. Onlara istər ezamiyyət vaxtı, istərsə də məzuniyyətdə olanda təyyarədən istifadə etməyə icazə verilməyib. Yəni, təhlükəsizlik baxımından fizikləri səmaya buraxmayıblar.

Qadağalar bununla da bitməyib. Beriya fiziklərin həyatını təsadüfi insidentlərdən, şüurlu fiziki təzyiqlərdən, sui-qəsd cəhdlərindən sığortalamaq üçün hər bir alimə mühafizəçi ayırıb. Bu məsələ alimləri daha çox qıcıqlandırıb. Bakılı alim Lev Landau isə öz narazılığını xüsusi komitənin iclasında açıq biruzə verib:

landau.jpg (35 KB)

- Bütün bunlar bizim elmi yaradıcılığımıza, üzərimizə düşən vəzifənin icra etməyə olduqca mənfi təsir göstərir. Mühafizəçilər bizim üzərimizdə mühafizə missiyasından daha çox nəzarət funksiyası keçirirlər.

Xüsusi komitənin iclasları adətən Beriyanın kabinetində keçirilib. Tanınmış fiziklər bu kabinetdə özlərini dövlət məmurlarından daha sərbəst hiss ediblər. Elə Beriyanın özü də fizikləri müşavirəyə dəvət edəndə fərqli davranışda olub. Atom layihəsinin icraçıları öz xatirələrində Beriyanın olduqca sərt və tələbkar olması haqqında yazsalar da, onun alimlərə münasibətinin digər tərəflərini də incələyiblər. Atom layihəsinin vaxtında və uğurla icra olunmasını Stalinə məruzə etməyə tələsən Beriya fiziklərlə kifayət qədər həssas və ehtiyatla davranıb.

Beriya layihə ilə bağlı Stalinə məruzələrinin birində alimləri belə xarakterizə edib:
“Onlar fərqli bir zümrənin adamlarıdır. Ağıllıdırlar, savadlıdırlar, amma kaprizləri də yetərincədir, hətta bəzən dözülməzdir. Bəziləri isə lap dəli kimidir. Adam təəccüblənməyə bilmir, bu qədər dərin biliyin ola, elmi kəşflərinlə dünyanı heyrətə gətirəsən, həyata isə özünü dəli kimi aparasan. Yəqin ki, bu onların dahiliyindən irəli gəlir...”

5c93a015183561f6538b45c7.jpg (123 KB)

Bəli, Beriyanın bu fikirlərində həqiqət olub. Nüvə fizikləri “hər şeyə qadir” naziri şox “incidiblər”. Beriya isə SSRİ-ni güc dövlətinə çevirmək və Stalinə özünü əvəzolunmaz şəxs kimi tanıtmaq üçün bu kaprizlərə dözməyə, alimlərin nazı ilə oynamağa məcbur qalıb.

Atom layihəsi uğurla icra olunub. Onun icrasında Beriyanın xidmətləri isə birmənalı şəkildə danılmaz faktdır. 29 avqust 1949-cu ildə kaprizli nüvə fizikləri öz işlərini müvəffəqiyyətlə sona çatdırıblar, “RDS-1”bombası sınaqdan uğurla çıxıb.

b77c826dc22de320d2f19a041ff062bf4b010da4.jpeg (137 KB)

Sınaqdan sonra Lavrenti Beriya eksperimentin digər iştirakçıları ilə birlikdə partlayışın episentrinə gedib. Sonralar o, nüvə silahı haqqında fikirlərini belə bölüşüb:

“Mən fərqli müharibələr görmüşəm. I dünya müharibəsi II dünya müharibəsi ilə müqayisədə oyuncağa bənzəyir. Bəs III dünya müharibəsi necə olacaq? Partlayışın eprsentrinə çatanda, ayaqlarımın altında torpaq əvəzivə şüşə qırıntılarını hiss edəndə mənə məlum oldu ki, bu başqa bir silahdır...”

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR