İnsanlara hürriyət, millətlərə istiqlal!

‘’O səs Özbəkistan’’ı ayağa qaldıran Azərbaycan ‘’Bayatı-Şiraz’’ı – MÖHTƏŞƏM İFA VİDEO

17300 14.07.2024 13:09 Ölkə A A

Azərbaycanın məşhur muğamlarından olan ‘’Bayatı-Şiraz’’ Özbəkistanı da sehrləyib.

Musavat.com
xəbər verir ki, qardaş ölkədə keçirilən ‘’O səs Özbəkistan’’ mahnı yarışmasında gənc müğınni Dilnoza Akbarova (Əkbərova) vaxtilə Tacir Şahmalıoğlunun oxuduğu stildə ‘’Bayatı-Şiraz’’ oxuyub. Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramovun Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı ifasından sonra yeni nəfəs və yeni həyat qazanan ‘’Bayatı-Şiraz’’ımız hazırda Türk Dünyasını dolaşmaqda və özünə heyran qoymaqdadır.

Bu ifadan da göründüyü kimi, "Bayatı-Şiraz" özbək münsifləri və tamaşaçıları da sehrləyir. Buna görə də həmin möhtəşəm video-parçanı oxucularımızın seyrinə təqdim edirik.

‘’Bayatı-Şiraz’’ 7 əsas muğam dəstgahlarımızdan biridir. Bayatı isə türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.

“Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Üzeyir Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.

Üzeyir Hacıbəyov ‘’Bayatı–Şiraz’’ haqqında yazır: "Bədii – ruhi təsir cəhətdən... ‘’Bayatı – Şiraz’’ dinləyicidə qəmginlik hissi oyadır." Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində ‘’Bayatı – Şiraz’’ dəstgahı 17 şöbə və guşədən ibarətdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR