İnsanlara hürriyət, millətlərə istiqlal!

"O, 40 ildir məni..." - Bayden Putin haqda görün nələr dedi

1369 06.06.2024 23:37 Dünya A A

ABŞ prezidenti Co Bayden növbəti dəfə Rusiya prezidenti Vladimir Putinə ünvanlanan təhqiramiz ifadələrə yol verib. O, Putini “diktator” adlandırıb və onu 40 ildən artıqdır tanıdığını deyib.

Bayden "ABC News" telekanalına müsahibəsində bu barədə danışıb: "Mən onu qırx ildən çoxdur ki, tanıyıram. O, 40 ildir ki, məni narahat edir. Putin layiqli insan deyil... O, diktatordur".

Eyni zamanda, Amerika lideri Putini bu qədər illərdir necə tanıdığını dəqiqləşdirməyib.

İyunun 5-də SPİEF çərçivəsində Putin əsas beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüş keçirib. O, Baydeni proqnozlaşdırıla bilən, köhnə məktəb siyasətçisi adlandırıb.

May ayında Nyu-Yorkda "West Point" Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı Bayden Putini “qəddar tiran” adlandırmışdı./Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR