İnsanlara hürriyət, millətlərə istiqlal!

Nümayəndə heyətimiz tibb sahəsində aparıcı beynəlxalq şirkətin rəhbərliyi ilə görüşüb FOTO

664 21.05.2023 22:05 Səhiyyə A A

Xəbər verdiyimiz kimi, Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası keçirilir.

Səhiyyə Assambleyasının sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə tibbi və rəqəmsal texnologiyaların inkişafı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens Healthineers”nin rəhbərliyi arasında ikitərəfli görüş baş tutub.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, səhiyyə sahəsində mütərrəqi texnologiyalarının, süni intellektin və innovativ nailiyyətlərin Azərbaycan təcrübəsində də tətbiqi mexanizmlərinin imkanları və bu sahənin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

tibb.jpeg (86 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR