İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar parlament seçkilərinin keçirilməsi niyə zəruridir - Əli Hüseynli

600 22.06.2024 15:02 Siyasət A A

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Milli Məclisin buraxılmasına müsbət rəy verib.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli deyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri bildirib ki, COP-29-a qədər parlamentin tam formalaşması zəruridir: “Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan komitəmiz olaraq, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqəsədmüvafiq hesab edirik”.//Modern.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR