İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç nəhəngi Azərbaycandakı layihələrdən çıxmaqla 310 milyon dollar zərərə düşüb

1174 07.02.2024 13:28 İqtisadiyyat A A

Norveçin "Equinor" şirkəti Azərbaycandakı aktivlərinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti) satışı üzrə sövdələşməni 2024-cü ildə bağlamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə onun 2023-cü ilin dördüncü rübü üzrə hesabatında deyilir.
Dördüncü rübdə Equinor Azərbaycandakı layihələrdən planlaşdırılan çıxışla bağlı 310 milyon ABŞ dolları məbləğində dəyərsizləşmə (zərər – red.) elan edib.

Qeyd edək ki, 22 dekabr 2023-cü ildə Equinor Azərbaycandakı aktivlərini dövlət neft şirkətinə satmaq üçün SOCAR ilə müqavilə bağlayıb. “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 7,27 faiz, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri üzrə 8,7 faiz, “Qarabağ” yatağının işlənməsi layihəsində 50 faiz təşkil edən payını satıb.

Equinor ilə sövdələşmədən əvvəl SOCAR-ın bu layihələrdə payı belə olub: AÇG-də - 25 faiz, BTC-də - 25 faiz, “Qarabağ”da – 50 faiz.

Məlumat üçün bildirək ki, "Equinor" ASA 2023-cü ilin dördüncü rübündə təbii qaz qiymətlərinin aşağı düşməsi də daxil olmaqla xalis mənfəətini üç dəfə azaldıb.

Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 7,897 milyard dollarla müqayisədə 2,608 milyard dollar təşkil edib. Dəqiqləşdirilmiş mənfəət 17,01 milyard dollardan 8,68 milyard dollara düşüb.
"Equinor"un gəliri 15 faiz azalaraq 28,84 milyard dollar olub. Şirkətin son rübdə gündəlik hasilatı bir il əvvəlki 2,046 milyon bareldən 2,197 milyon barel neft ekvivalentinə qədər - 7 faiz artıb. Eyni zamanda karbohidrogenlərin orta satış qiyməti 6 faiz ucuzlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR