İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Neft Fondu ötən ili rekord gəlirlə başa vurdu: Ən çox itkisi isə…

1277 30.01.2024 20:54 İqtisadiyyat A A

Dünyanın ən böyük suveren sərvət fondu olan Norveç Dövlət Pensiya Fondu ( Neft Fondu) 2023-cü ilin sonunda rekord məbləğdə - 2,222 milyard kron (213 milyard dollar) gəlir əldə edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Fondun hesabatında açıqlanıb. Hesabatda qeyd edilir ki, milli valyutanın zəifləməsi və texnoloji şirkətlərin səhmlərinin bahalaşması da daxil olmaqla, investisiya gəlirləri 16,1 faiz təşkil edib.

Fond səhmlərə investisiyalardan 21,3 faiz, sabit gəlir alətlərinə investisiyalardan 6,1 faiz, bərpa olunan enerji mənbələrinə (RES) investisiyalardan 3,7 faiz gəlir əldə edib, daşınmaz əmlak investisiyalarından 12,4 faiz itkiyə məruz qalıb.

Kronun bir sıra əsas dünya valyutaları qarşısında dəyər itirməsi ötən il fondun dəyərini 409 milyard kron artırıb. Eyni zamanda fonda vəsait axını 711 milyard kron təşkil edib.

30 dekabr 2023-cü il tarixinə Fondun aktivlərinin dəyəri 15,765 trilyon kron təşkil edib. İnvestisiya portfelinin 70,9 faizini səhmlərə, 27,1 faizini istiqrazlara, 1,9 faizini daşınmaz əmlaka, 0,1 faizini bərpa olunan enerji mənbələrinə yönəldib.

Norveç Dövlət Pensiya Fondu 1990-cı ildə yaradılıb. Fondun idarə edilməsinə cavabdeh olan Norges Bank Investment Management, Norveç Mərkəzi Bankının bölməsidir.

Hazırda fond dünyanın bütün səhmlərinin təxminən 1,5 faizinə, 65 ölkədən təxminən 8,86 min şirkətin səhmlərinə sahibdir. Səhm portfelində ən əhəmiyyətli payı Microsoft, Apple, Alphabet (Google holdinqi), Amazon.com və Nvidia şirkətlərinin qiymətli kağızları, dövlət qiymətli kağızları portfelində isə ən böyük payı ABŞ istiqrazları, daha az hissəsini isə Yaponiya, Sinqapur və Almaniya qiymətli kağızları tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR