İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə məktəblərdə dərsliklər çatışmır? - AÇIQLAMA

1730 22.09.2022 15:40 Təhsil A A

Azərbaycanda yeni tədris ilinin başlanması ilə problemlər də özünü büruzə verməyə başlayıb.

Musavat.com xəbər verir ki, Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yarandığını bildirirlər.

Məsələ barədə Elm və Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan tələbat əsasında təmin edilirlər:

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR