İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyaməddin Musayev: "Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar"

558 30.05.2024 13:52 Şou-biznes A A

Xalq artisti Niyaməddin Musayev Əməkdar artist Elza Seyidcahanı müğənni Elnarə Xəlilova ilə dəyişik salmasına münasibət bildirib.

O, "qaynarinfo"ya açıqlamasında hər kəsin çaşaraq nəyisə unuda biləcəyini qeyd edib:

"Elza Seyidcahan gözəl müğənni və bəstəkardır. Onunla eyni layihələrdə olmuşam. Elza xanım yaxşı təşkilatçıdır. Bu, hər bir adamda olan şeydir, təsadüfdür. Elnarə xanımın adı yadımdan çıxdı. Kim nə yazır-yazsın. Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar. Düşünürəm ki, hər kəs çaşa bilər".

Qeyd edək ki, verilişlərin birində qonaq olan Xalq artisti Niyaməddin Musayev efirdə müğənni Elnarə Xəlilovanın adını unudub və ona Elza Seyidcahan deyə müraciət edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR