İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland Rumıniyaya 18 ədəd “F-16” göndərəcək

580 10.07.2024 04:29 Dünya A A

Niderland Rumıniyadakı təlim mərkəzinə 18 ədəd “F-16” döyüş təyyarəsi təqdim edəcək.

“Report” xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans rəsmi “X” hesabındakı paylaşımında deyib.

Nazir bildirib ki, ukraynalı pilotların “F-16” təyyarələrilə təlim keçməsi üçün Amerikanın “Lockheed Martin” şirkətinin nümayəndələri ilə müzakirələr aparıb.

“Hazırda Rumıniyada “F-16” təlim mərkəzi yaradırıq. Niderland 2025-ci ilin sonuna kimi təlim mərkəzini 18 ədəd qırıcı ilə təmin edəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR