İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland - İngiltərə matçı öncəsi dava düşdü - VİDEO

1028 10.07.2024 23:02 İdman A A

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin Niderland - İngiltərə matçından öncə hər iki komandanın azarkeşləri arasında dava düşüb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, qarşılaşmanın başlamasına az müddət qalmış görüşün keçiriləcəyi Dortmund şəhərində Niderland tərəfdarlarından bir neçəsi ingiltərəli fanatların üzərinə hücum ediblər.

İnsident nəticəsində hücuma məruz qalan 5 azarkeş xəsarət alıb.

Hadisəyə niderlandlı azarkeşlərin İngiltərə bayrağını oğurlamağa cəhd etməsi səbəb olub.

Qeyd edək ki, "Siqnal İduna Park"da baş tutacaq Niderland - İngiltərə matçı bu gün saat 23:00-da start götürüb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR