İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nicat qəzanı "Porsche" ilə törətdiyi üçün onu müdafiə edirsiniz" - Tanınmış vəkil

1532 16.08.2023 16:46 Gündəm A A

Tanınmış vəkil Mehman Muradlı ötən gün ağır qəza törədən, “Nikosayağı” adı ilə məşhur olan bloger Nicat Şakirli haqqında paylaşım edib.

Musavat.com xəbər verir ki, onun paylaşımı birmənalı qarşılanmayıb.

Hüquqşünas insanların blogeri müdafiə etməsinə öz etirazını bildirib:

"Axı o hadisəni "Porsche"də törədib, ona görə də müdafiə etməlisiniz. Yazmalısınız ki, bəs ona göz dəydi. "Porsche"yə gözmuncuğu assaydı, hadisə də baş verməzdi..."

Sosial şəbəkə istifadəçiləri Mehman Muradlını bu fikirlərinə görə tənqid ediblər.

Musavat.com xatırladır ki, Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

WhatsApp Image 2023-08-16 at 16.42.56 (1).jpeg (66 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR