İnsanlara hürriyət, millətlərə istiqlal!

Nicat Dağlar: “Kriptovalyutaya olan marağımız gün gələcək "Azcoin" üzərində fokuslaşacaq”  

785 09.08.2023 13:07 İqtisadiyyat A A

“Hazırda kriptovalyuta bazarının həcminin aşağı olması, bu sahəyə investisiyaların dayanması təsəvvürü yaradıb. İyulun ortalarına doğru 31 min dollar səviyyəsinin üzərinə çıxan və bazarda yüksəliş ehtimalını gücləndirən "Bitcoin" avqust ayınının əvvəlindən etibarən “yarpaq da tərpətmirdi”. Lakin son günlər kripto pul bazarlarında baş verən yüksəliş investorlara ümid verir. Məsələn, dünən Bitcoin 4%-ə yaxın artım qazanaraq 30 min dollarlıq bəndı keçib”.

Bunu “Azcoin” Milli Kriptovalyuta layihəsinin təmsilçisi, tanınmış jurnalist Nicat Dağlar son dövrlər rəqəmsal valyuta bazarında müşahidə olunan durğunluğa münasibət bildirərkən deyib.

AzCoin_rəsmi_nişanı.jpg (420 KB)

N.Dağlar ekspertlərin hesablamalarına əsaslanaraq qeyd edib ki, “Bitcoin" ilin sonuna kimi 40 min dollar səviyyəsində olacaq.
“Azcoin” təmsilçisi onu da vurğulayıb ki, qiymətlərin kəskin dəyişməsindən, bazarlarda müşahidə olunan durğunluqdan və ümumiyyətlə nə baş verməsindən asılı olmayaraq kriptovalyuta yeni dövrün əsas elemetlərindən biri olaraq özünə olan tələbatı getdikcə daha da artıracaq: “Və gün gələcək biz hələlik layihə şəklində olan milli kriptovalyutamız Azcoinin dünya bazarlarındakı mövqeyinin xarakterindən bəhs edib, kriptovalyutaya olan marağımızı məhz "Azcoin" üzərində fokuslaşdıracağıq” – deyə, jurnalist vurğulayıb.

Binance.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR