İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nicat çox ağır cəzalandı, ömürlük vicdan yarası var”

1407 16.08.2023 12:50 Gündəm A A

 

“Eşidəndən özümə gələ bilmirəm. Şəxsi tanışlığım olmasa da, bir azərbaycanlı balasının pis günü olmasın. Hamının həyatda səhvi olur. Heç kim günahsız deyil. Allah səni körpə balana bağışlayıb".

Musavat.com xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli ağır qəza keçirən, “Nikosayağı” adı ilə məşhur olan bloger Nicat Şakirli ilə bağlı paylaşımından yazıb.

"Allah qəzada ölən, ömrü nakam qalan oğlana rəhmət eləsin. İndi onun anası nə çəkir?! "Kaş" demək üçün gec olsa da, kaş heç olmayaydı. Sükan arxasında olanlar, içi mən qarışıq çox diqqətli olmalıyıq. Bizim səhvimizdən özümüzün və başqalarının çırağı sönməsin. Sərt ittiham edənlərə də sözüm budur ki, ağır cəza almışları danlamazlar. Məhkəməsiz, sorğusuz da Nicat çox ağır cəzalanıb. Ömürlük vicdan yarası var. Nikonun atasının yerinə siz də ola bilərdiniz. Bu hadisədən hamı dərs alıb məncə”, – N.Səfərli vurğulayıb.

Musavat.com xatırladır ki, Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

WhatsApp Image 2023-08-16 at 12.48.29.jpeg (151 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR