İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəyi, necə, nə vaxt etməyi yaxşı bilən komandan – Yalçın qayalı Laçından raport

4704 26.08.2022 14:35 Gündəm A A

Siyasət leksikonunda bir ifadə var: “Lazımi anda lazımi yerdə olmaq”. Bunu daha çox siyasətdə, müharibədə bəxti gətirmiş adamlar haqqında işlədirlər, deyirlər ki, o, lazımi məqamda lazımi yerdə olduğu və gərəkli addımlar atdığı üçün qələbə və ya uğur qazandı.

Bu ifadəni müəyyən mənada Azərbaycanın dövlət başçısı İlham Əliyev barədə də işlətmək olar. Ancaq bir məqamı vurğulamaq gərəkdir ki, o, lazımi məqamda lazımi yerdə təsadüfən olmayıb, orada olmağı özü seçib, zəfərin əldə ediləcəyi məqamı özü təyin edib, həlledici anda isə taleyüklü addımı atıb.

Bu gün Azərbaycan ordusunun Laçın şəhərinin mərkəzində və dünənə qədər ermənilərin qanunsuz məskunlaşdıqları digər yaşayış məntəqələrində yerləşməsi, Ali Baş Komandana və Azərbaycan xalqına raport verməsi məhz doğru zamanlarda doğru yerdə olmaq və doğru addımlar atmağın nəticəsində mümkün oldu.

-f1ea154c160516598969337495310704788.jpg (260 KB)

44 günlük müharibə başlananda, müharibənin gedişində və sonunda aydın oldu ki, ermənilər İlham Əliyevi qətiyyən tanımırmışlar. Qətiyyən və birmənalı! (Əslində Azərbaycan xalqının mühüm bir kəsimi də Prezidentin əsas məziyyətləri ilə 44 günlük müharibədə tanış oldu). Onlar elə bilirdilər ki, illərdən bəri Azərbaycan rəhbərinin dediyi “Torpaqlarımızı nəyin bahasına olursa, olsun, geri alacağıq” sözləri sadəcə təhdid səciyyəsi daşıyır və sona qədər də belə olacaq.

Bəli, Ermənistan dövlətini idarə edənlər də, Qarabağın dağlıq hissəsində oyuncaq “dövlət” quranlar və özlərini Ermənistanın hikkəli, hökmlü siyasi kadrları kimi aparanlar da arxayın idilər ki, ya regionda yeni müharibə ümumiyyətlə olmayacaq, ya da olarsa, şimal, cənub və qərbdəki havadarların böyük köməyi ilə bu savaşdan da qalib çıxacaqlar.

Amma elə olmadı. Azərbaycan rəhbərinin nəyi, necə və nə vaxt etmək fəlsəfəsi, həm də həlledici addıma illərlər, hövsələ ilə, aməqsədyönlülükə hazırlaşması yetərli oldu. Elə bir tarixi an yetişdi və ya yetişdirildi ki, Azərbaycan ordusu şahmatda olduğu kimi ağ fiqurlarla başladı, erməni ordusunu məcburi gedişlərə vadar edərək, lazımi yerə qədər qovdu, sıxdı və axırda “qara şah” taxta üzərində böyrü üstə qaldı.

77776.jpg (26 KB)

Ermənilərin daha bir yanlışı da o idi ki, 10 noyabr üçtərəfli sazişindən dərhal sonra Rusiya sülhməramlılarının Qarabağın dağlıq hissəsinə yerləşməsi ilə hər şeyin, bütün təhlükənin geridə qaldığını düşünürdülər. Onlara elə gəlirdi ki, indiyədək itirdikləri heç, amma əllərində qalan yerlər artıq dönməz şəkildə onlarındır. Elə ona görə də müharibənin şiddətli vaxtı Laçından, Susdan və Zabuxdan qaçmış ermənilər yenidən geri qayıtmışdılar və özgə torpaqlarında sonradan tikdikləri evlərdə əmin-arxayın, asudə yaşayacaqlarını fikirləşirdilər.

Ədalətli olmağa qalarsa, etiraf etməliyik ki, xalqımızın bir hissəsi də düşünürdü ki, rus sülhməramlılarının bölgəyə gəlişiilə ordumuzun müzəffər yürüşünün qarşısı kəsilib, ermənilər öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçıracaqlar, Moskva, Kreml onlara göz yumacaq, rəsmi Bakı bu xoşagəlməz faktla barışmalı olacaq. Hamı düşünürdü ki, üçtərəfli bəyanatda alternativ yolun 3 il ərzində çəkilməsi və Laçın şəhərinin təhvil verilməsi ya 3 il ərzində, ya da ümumiyyətlə baş tutmayacaq.

Azərbaycan Prezidenti isə elə düşünmürdü, onun postmüharibə açıqlamalarının ümumi məzmunundan “bildiyi bir şeylər var” ruhu sezilsə də, nəyi necə və nə vaxt edəcəyini açıqlığı ilə demirdi.

1123.jpg (35 KB)

Lakin müharibənin başlanmasının iki ili tamam olanda (2020-ci ilin iylundan götürsək) artıq bəlli oldu ki, Prezident qətiyyətlidir, sazişə imza atmış, öhdəlik götürmüş tərəfləri öz iradəsinə tabe etdirəcək qədər israrlı və güclüdür. Yenə də lazımi məqamda lazımi əmr verildi və yerinə yetirildi.

İndi Laçın şəhəri də, Laçın dəhlizi də bizdədir. Əvvəlki vaxtlarda deyilən kimi, “nəzarətimizdə” deyil, əlimizdədir. Ayağamız Laçının torpağının, yollarının, dağ-dərəsinin üstündədir.

Bu nahiyənin necə strateji bir yer olduğunu uzun-uzadı xırdalamağa ehtiyac yoxdur. Laçın Şuşanın iki qapısından biri, Xankəndinin isə yeganə qapısıdır. İndi ermənilər İrəvandan Xankəndiyə və əksinə gedib-gəlmək üçün Laçının dərələri ilə uzanan dar bir yoldan istifadə edəcəklər və bu, onlar üçün nəfəslik rolunu oynayacaq. Onlar həmişə yadda saxlamalı olacaqlar ki, Allaha bəndəlik etməsələr, nəfəslik bağlana bilər.

223.jpg (8 KB)

İndi Azərbaycanın hazırda ermənilər yaşayan əraziləri üzərində dövlətimizin yurisdiksiyasının bərpası məsələsi durur. İnşallah, yaxın gələcəkdə o da baş tutacaq. Azərbaycan ərazisində yaşayan ermənilər Bakıdan idarə olunmağa, Azərbaycan dövlətinin qanunları ilə yaşamağa, bu dövlətin büdcəsi ilə dolanmağa başlayacaqlar.

Görünür, o da zamana bağlıdır. İnanırıq ki, iki il öncə bu vaxtlar bir metr torpağı belə güzəştə getmək istəməyən erməniləri bu gün Xankəndiyə qısılmağa, 4-5 kilometrlik məsafədəki yüksəkliklərdə keşik çəkən əsgərlərimizə qorxa-qorxa boylanmağa vadar edən dövlət başçısı tarixi zəfərin son nidasını da qoyacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR