İnsanlara hürriyət, millətlərə istiqlal!

“Netanyahunun karyerası sona çatır” - Mümkün varislər AÇIQLANDI

924 02.11.2023 15:11 Dünya A A

ABŞ prezidenti Co Bayden hesab edir ki, İsrailin baş naziri Benyamin Netanyahunun karyerası sona çatır.

Musavat.com xəbər verir ki, bu barədə "Politico" Ağ Evdəki mənbələrə istinadən yazıb.

Amerikalılar hesab edirlər ki, Netanyahu 1,4 min insanın ölümünə görə məsuliyyət daşıyanlar arasında olacaq.

"ABŞ-da Netanyahunun Baş nazir vəzifəsində sayılı günlərinin qaldığını və bir neçə ay öz postunda qala biləcəyini hesab edirlər", - məlumatda deyilir.

Nəşr vurğulayır ki, Bayden Netanyahu ilə karyera perspektivlərini və mümkün varisini müzakirə edib. Bu vəzifə üçün Ağ Ev keçmiş baş nazir Naftali Bennett, İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri Benni Qantz və müxalifət lideri Yair Lapidi nəzərdən keçirir.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR