İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Qəzzanı işğal etmək əmri verməkdən imtina edib

883 27.10.2023 11:53 Dünya A A

İsrail ordusu Qəzza zolağında quru əməliyyatı üçün yekun plan hazırlayıb, lakin baş nazir Benyamin Netanyahu onu imzalamaqdan imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Netanyahu bu qərarı ilə yüksək rütbəli zabitləri qəzəbləndirib. Onun yekun əmri imzalamaqdan imtinasının səbəblərindən biri də baş nazirin HƏMAS-ın hücumundan sonra müxalifət nümayəndələri ilə birlikdə yaradılmış fövqəladə hökumət üzvlərinin əməliyyatı yekdilliklə təsdiqləməsini istəməsidir. Nəşrin müsahibə verdiyi analitiklər, həmçinin Netanyahunun şəxsiyyətinə ictimai etimadın azalması və uğursuzluqla bağlı ittihamlar səbəbindən planı müstəqil şəkildə təsdiqləmək qorxusuna diqqət çəkiblər.

Oktyabrın 26-da İsrailin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Gilad Erdan bildirib ki, İsrail tərəfi Fələstin xalqının və yəhudi dövlətinin düşmənləri olan, terrorçu və “soyqırımda günahkar” hesab etdiyi radikal HƏMAS təşkilatına qarşı müharibə aparır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR