İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu “davam” dedi - Qəzza savaşı nə ilə bitəcək?

1053 30.11.2023 09:15 Dünya A A

İsrailin baş naziri bəyan edib ki, bölgə demilitarizasiya edilir, girovlar azad ediləndən sonra HƏMAS-la döyüşəcəklər - analiz

İsrail ordusu Qəzza zolağına 90 min mərmi və 200 dəqiq idarə olunan raket atıb. “Yeni Müsavat” bildirir ki, bu barədə ordunun rəsmi məlumatında deyilir. Döyüş günlərində artilleriya bölmələri 100 mindən çox mərmi atıb ki, bunun da 90 mindən çoxu Qəzza zolağındakı hədəflərə yönəlib. Döyüşlər zamanı 200-dən çox yüksək dəqiqlikli raket atılıb. MLRS ( buraxılış raket sistemləri) qurğularından istifadə etməklə onlarla hədəfə atəş açılıb. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında hərbi əməliyyatın məqsədi Fələstin anklavının demilitarizasiyası və deradikallaşdırılmasıdır. “HƏMAS-ı məğlub etdikdən sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarizasiya edirik, ikincisi, Qəzzanı deradikallaşdırırıq. Eyni şey Almaniya, Yaponiya və s. ölkələrdə də edilib”, - baş nazir söyləyib. O, həmçinin bildirib ki, girovların azad edilməsi ilə bağlı razılaşmalar yerinə yetirildikdən sonra İsrail HƏMAS-la mübarizəni davam etdirəcək, çünki radikal Fələstin hərəkatı yenidən israillilərin kütləvi qətllərini törətmək niyyətindədir.

İsrailin 7 oktyabrdan bəri Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 15 mini ötüb. Bildirilib ki, onlardan 6150 nəfəri uşaq, 4 mindən çoxu isə qadındır. İsrail ordusu Qəzza zolağından azad edilmiş girov qrupunun İsrail ərazisinə doğru irəlilədiyi barədə Qızıl Xaç Cəmiyyətindən bildiriş alıb. İsrail ordusu (ÇAXAL) məlumat yayıb. “Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, 10-u İsrail və 2-si xarici vətəndaş olmaqla, 12 girov İsrail ərazisinə keçir”, - məlumatda bildirilib. Lakin görünən budur ki, İsrail yenidən HƏMAS-a qarşı əməliyyatları əvvəlki tempdə davam etdirməkdə israrlı görünmür. Çünki bu savaşda daha çox mülki insan öldü, nəinki HƏMAS yaraqlıları... “Vaşinqton Fələstin-İsrail münaqişəsi zonasında baş verən hadisələrə görə tam məsuliyyət daşıyır”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib. “Fələstin-İsrail eskalasiyası ilə bağlı nəhəng faciənin baş verdiyi ərazidəki bütün hazırkı çöküş tamamilə ABŞ-ın məsuliyyətidir, daha doğrusu, məsuliyyətsizliyidir. Bu münaqişə zonasında gərginliyin əsas səbəblərini Vaşinqtonun yanaşmaları təmin edib”, - Zaxarova bildirib.

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Qəzzada müharibənin davam edəcəyini gözləmir: “Amma İsrail lokal əməliyyatlar həyata keçirə bilər. Bölgənin tam demilitarizasiya edilməsi asan olmayacaq. HƏMAS kifayət qədər gücə sahibdir. Amma Qəzzanın şimalı demək olar ki, İsrail qüvvələrinin kontrolundadır. Sadəcə, bölgəni tam silahsızlaşdırmaq üçün uzun müddət döyüşmək lazımdır. Məncə, ABŞ və digər dövlətlər də bunu başa düşürlər ki, atəşkəsi uzatmaq yaxşıdır. Blinkenin Yaxın Şərqə səfəri gözlənilir. Ehtimal var ki, danışıqlar əsnasında atəşkəsin uzadılması razılaşdırılsın. Fikrimcə, bu savaşdan udan və ya uduzan tərəf olmadı. Bu münaqişənin yolu BMT qətnaməsinə uyğun olaraq Fələstin dövlətinin yaradılmasıdır. Türkiyə prezidenti cənab Ərdoğan da bəyan etdi ki, paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövləti yaradılması qaçılmazdır. Bu olmasa, münaqişə davam edəcək, yenə vaxtaşırı tərəflər toqquşacaqlar, nəticədə dinc insanlar həlak olacaqlar. Odur ki, İsrailin müttəfiqləri bu məsələyə diqqət ayırmalıdırlar. Qəzzanı HƏMAS-dan təmizləmək zaman alan prosesdir, sülh formulu olmalıdır”. 

Siyavuş Novruzovdan AXC-Müsavat hakimiyyətində olanlara müraciət

Aqşin Kərimli

Siyasi analitik Aqşin Kərimliyə görə, İsrail-Fələstin münaqişəsinin regiona daha geniş şəkildə necə təsir etdiyi İranın nüvə siyasətində daha aydın görünür: “Məntiqlə, nüvə dövləti olan İsraillə İran arasındakı kölgə müharibəsi Tehranın uranı zənginləşdirməsinin fonunda nisbətən fərqli sınaq mərhələsini yaşayır. Proqnozlaşdırmaq olar ki, yenilənmiş İsrail-Fələstin münaqişəsi mövcud nüvə gərginliyini müxtəlif yollarla gücləndirə bilər. İsrailin başı HƏMAS-la mübarizəyə qarışmışkən, bu, İranı özünün nüvə proqramını sürətləndirmək üçün həvəsləndirəcək. İranın nüvə proqramı ilə əlaqədar diplomatik danışıqlara minimal maraq göstərməsini nəzərə alsaq, İsrailin HƏMAS-la müharibədən qalib çıxacağı təqdirdə ata biləcəyi radikal addımların canlanacağı gözləniləndir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR