İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu ABŞ-İran danışıqlarını pozsa... – Bakıdan GÖZLƏNTİ

1002 10.04.2026 11:29 Dünya A A

İsrailin Baş naziri Binyamin Netanyahu Livandakı “Hizbullah” hədəflərinə hücumları davam etdirməklə İranla atəşkəsi pozmağa cəhd edə bilər. Bu barədə “Politico” nəşri Avropa rəsmisinə istinadən məlumat yayıbNəşrin mənbəsi bildirib: “Netanyahu bu yolla atəşkəsi pozmağa çalışa bilər”. Bu arada İran rəsmiləri İsrailin Livana hücumunun ABŞ və İran arasında əldə edilən atəşkəsin pozulması olduğunu bildirirlər.

“Belə təcavüzkar hərəkətlərin davam etdirilməsi danışıqları mənasız edəcək, əllərimiz tətikdə qalacaq və İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək”.  Bunu isə İran prezidenti Məsud Pezeşkian deyib.
Prezident Donald Tramp isə İsrailin Livana hücumlarının dayandırılmasının İranla atəşkəs razılaşmasında yer almadığını deyib.

Netanyahu “sürprizlər” vəd etdi: Livana hücumlar yenidən başladı

Bəs yəhudi lider danışıqları nə dərəcədə poza biləcək imkanlara malikdir? Tramp ona təsir edəcəkmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Musavat.com-a bildirib ki, bu gün İslamabadda baş tutacaq ABŞ-İran danışıqları müharibəni dayandırmaq və Yaxın Şərqin gələcəyini müəyyənləşdirmək baxımından çox əhəmiyyətlidir: “8 apreldə atəşkəsin pozulması halları baş vermişdi və bu da bu gün baş tutacaq danışıqları sual altına almışdı. İran öz mövqeyindən çəkinmədi və danışıqlar üçün Livanda da atəşkəsin olmasının əsas şərt olduğunu bildirdi. Tramp Netanyahu ilə danışdı və Livana hücumların dayandırılması və İsrail-Livan danışıqlarının aparılmasını qeyd etdi. İndi əldə olunmuş razılığa əsasən Livana da hücumlar dayandırlıb və Vaşinqtonda Livan -İsrail danışıqları da baş tutacaq. İslamabadda aparılacaq danışıqlar prosesi çox mürəkkəbdir. Çünk, bu danışıqlara ABŞ 15, İran isə 10 maddədən ibarət təkliflərlə gedir”.

Azər Badamov: Dövlətimizin başçısının Göygöl, Kəlbəcər və Laçın rayonlarına  səfəri çox zəngin və əhəmiyyətli oldu - AZƏRTAC

Deputat deyib ki, ABŞ-İsrail koalisiyasının İrana hücumundan sonra müharibənin dayanmamasının əsas səbəbi Tehranın danışıqlardan imtina etməsi idi: “İran açıq mövqe sərgiləyərək müharibəni başlayan tərəf olmadığını və sona qədər davam etdirəcəyini bildirirdi. ABŞ danışıqlar üçün neçə dəfə təşəbbüs göstərsə də, İran imtina etmişdi. ABŞ üçün əsas məsələ atəşkəsin əldə olunması və İranı danışıqlar masasına gətirmək idi. Çünki ABŞ müharibəni davam etdirmək istəmir və hansısa bir yolla müharibə meydanından çıxmaq istəyir. İran isə öz mövqeyində israrlıdır və Hörmüz boğazının əvvəlki vəziyyətinə heç vaxt qayıtmayacağını və irəli sürdüyü şərtləri qarşı tərəfin qəbul etməli olduğunu israrla tələb edir. Təbii ki, müharibənin başa çatmasını həm müharibə aparan tərəflər, həm də bütün dünya istəyir. Çünki bu müharibə dünya nizamını kökündən dəyişib və böhran vəziyyəti yaradıb. Bu baxımdan ortaq nöqtələrin tapılacağını və iki həftəlik atəşkəsin sonradan da möhkəmlənməsi istiqamətində səylərin davam edəcəyini düşünürəm”.

Cavanşir ABBASLI
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR