İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsiman Yaqublunun Şuşa haqqında kitabı nəşr edilib 

837 16.12.2022 11:59 Mədəniyyət A A

Tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Şuşa ziyalıları: unudulmuş irs” kitabı nəşr edilib.

Musavat.com xəbər verir ki, kitabda mühacirətdə yaşamış Azərbaycanın görkəmli şəxsiyyətlərinin oxuculara geniş məlum olmayan yazıları toplanıb.

Qeyd edək ki, Əhməd Ağaoğlunun, Ceyhun Hacıbəylinin, Hüseyn Baykaranın, Hilal Münşinin, Abay Dağlının, Hüseyn Mirzəcamalbəyovun mühacirətdə nəşr edilən qəzet və jurnallarda çox dəyərli məqalələri var. Həmin yazılardan bir qismi bu kitabda oxuculara təqdim olunur. Kitabdakı yazılardan humanitar elmlər sahəsində çalışanlar, magistratura sahəsində təhsil alan tələbələr, media mənsubları faydalana bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR