İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhəng daşımaçılıq şirkəti Rusiyadakı 50 min konteynerini geri çəkir

1090 21.03.2022 22:44 İqtisadiyyat A A

Dünyanın ən nəhəng daşıma şirkətlərindən biri olan Danimarkanın “Moeller-Maersk” şirkəti bu gün Rusiyadakı müştərilərinə şirkətin Rusiya Federasiyasındakı biznes fəaliyyətinin məhdudlaşdırıldığı barədə məlumat verib.

Musavat.com İnrefaks-a istinadən xəbər verir ki, məlumatda şirkətin nə vaxtsa Rusiyada fəaliyyətini davam etdirə biləcəyi barədə heç bir vəd verə bilmədikləri vurğulnar: “Ukraynadakı münaqişənin başlanğıcından bizim prioritetimiz əməkdaşlarımızın təhlükəsizliyini və rifahını təmin etmək olub. Biz bu prioriteti bu qərarla davam etdiririk. Növbəti altı ay ərzində “Maersk”-in Rusiyadakı əməliyyatlarını mərhələli şəkildə dayandırırıq. Rusiyalı əməkdaşlarımıza və ailə üzvlərimizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Əgər yükünüz artıq yoldadırsa, biz öhdəliyimizi yerinə yetirmək və yükü təyinat yerinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda, bundan sonra “Maersk” bütün xidmətlərində - dəniz, hava və dəmiryol daşımaları da daxil olmaqla, yeni sifarişlərin qəbulunu dayandıracaq”.

Şirkət xatırladıb ki, aprelin sonuna qədər əvvəllər Rusiyaya gətirilən bütün konteynerləri aparmağı planlaşdırır. Hazırda şirkətin Rusiyada əksəriyyəti boş olmaqla 50 minə yaxın konteyneri var.

Qeyd edək ki, “Maersk” konteyner daşımaları və limanların idarə edilməsi üzrə dünya lideridir. Qrupun dünya üzrə 70-dən çox konteyner terminalı var, yükdaşıma donanması 786 gəmidən ibarətdir. Rusiyada şirkətin Sankt-Peterburq, Novorossiysk, Kalininqrad və Vladivostokda ofisləri fəaliyyət göstərirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR