İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi” Vyanaya yola düşüb

588 10.08.2022 11:53 İdman A A


“Neftçi” klubu “Rapid”a (Vyana) qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Avstriyaya yollanıb.

Musavat.com xəbər verir ki, paytaxt təmsilçisini Vyanaya aparan təyyarə bu gün səhər saat 9-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Nəzərinizə çatdıraq ki, "ağ-qaralar"ın yeni transferi olan Vato Arveladze klubla birgə səfər matçına yollansa da, adı iştirak ərizəsinə salınmadığı üçün qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, "Neftçi" "Rapid" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Paytaxtımızda baş tutan ilk qarşılaşmada isə Neftçi Vyana təmsilçisini 2-1 hesabı ilə məğlub edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR