İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"nin qapıçısının burnu sınıb

561 07.08.2022 19:48 İdman A A

"Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının I tur oyununda zədələnən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun burnu sınıb.

Bu barədə "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.

Rumıniyalı mütəxəssis bildirib ki, 33 yaşlı qolkperin durumuna müayinədən sonra aydınlıq gələcək: "Oyundan sonra onu gördüm. Burnu şişmişdi. İlkin təəssürat odur ki, sınıb. Çünki yaxşı görünmürdü".

Qeyd edək ki, Aqil Məmmədov 63-cü dəqiqədə komanda yoldaşı ilə toqquşmadan sonra zədələnərək, Əlirza Müştəbazadə ilə əvəzlənib.

xxx

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, ötən mövsümün gümüş medalçısı "Neftçi" Şamaxıda eyniadlı komanda ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 80-ci dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra "ağ-qaralar" 3 xalla 3-cü pilləyə yüksəliblər. Xalı olmayan bölgə təmsilçisi isə 9-cu pillədə qərarlaşıb.

Günün son görüşündə "Sabah" klubu "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki iki oyununda "Zirə" səfərdə "Kəpəz"i 2:1, "Qarabağ" isə evdə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək "Turan Tovuz" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR