İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"dən SUPER XƏBƏR - Transfer büdcəsi xeyli artırıldı, bu şəxsin...

1493 18.05.2024 22:06 İdman A A

"Neftçi" yeni mövsüm daha iddialı heyət quracaq.

Bu barədə sportinfo.az-ın redaksiyasına SOCAR rəhbərliyinə yaxın mənbələrdən maraqlı informasiya daxil olub.

Bildirilib ki, son illərdə aparılan transfer siyasəti və komandanın çıxışı geniş şəkildə təhlil edilib.

İdarəçilikdəki neqativ məqamlar incələnib. Habelə hərtərəfli tədbirlər planının işlənməsi barədə ümumi razılıq əldə olunub. Buna əsasən, əsas komandayla əlaqəli qərarlar mərkəzləşdirilmiş şəkildə veriləcək.

İdman direktoru Yens Andersonun səlahiyyətləri artırılıb. İsveçli funksioner gələn və gedən futbolçular barədə son rəyi verəcək şəxs statusuna qalxıb.

Ən maraqlı mövqe transfer büdcəsi ilə əlaqədardır. Yeni oyunçuların alınmasına ortalama 15-16 milyon manat vəsait ayrılmasına dair fikir birliyi yaranıb.

Qiymət siyasətini müəyyənləşdirmək də idman direktoruna həvalə olunub. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR