İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft hasilatçılarından bazara sürpriz: Hasilat bu tarixə qədər azaldılacaq

368 03.03.2024 23:01 Dünya A A

Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra OPEC+ ölkələri neft hasilatının əlavə könüllü azaldılması həcmlərinin 2024-cü ilin ikinci rübündə də saxlanacağını elan ediblər.

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanı gündəlik hasilatın 1 milyon barel, BƏƏ - 163 min barel, Küveyt - 135 min barel, Qazaxıstan - 82 min barel, Əlcəzair - 51 min barel, Oman - 45 min barel azaldılması müddətini iyunun sonuna qədər davam etdirəcək.

Bundan əlavə, Rusiya ikinci rübdə neft hasilatı və ixracının üç ay ərzində orta hesabla 471 min barel azaldacaq. Birinci rübdə Rusiya neft tədarükünü sutkada 500 min barel azaltmağı öhdəsinə götürmüşdü. İraq həmçinin könüllü hasilatın azaldılması tədbirlərinin ikinci rübdə uzadıldığını açıqlayıb. Birinci rübdə ölkə hasilatı sutkada 223 min barel azaldıb.

OPEC+ ölkələrinin elan etdiyi könüllü ixtisarların həcmi demək olar ki, 2,17 milyon bareldir.

Qeyd edək ki, 30 noyabr 2023-cü il tarixində keçirilən OPEC+ iclasından sonra alyans ölkələri bazarı tarazlaşdırmaq üçün 2024-cü ilin birinci rübündə neft hasilatının ümumilikdə 2,2 milyon barel əlavə könüllü azaldılması barədə razılığa gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR