İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə üçün bu, Moskvanı narahat eləmir”-Analitikdən sərt açıqlama

686 08.06.2023 17:30 Siyasət A A

“Armen Qriqoryanın Ermənistan ərazisindən keçən və Azərbaycanla onun ayrılmaz parçası olan Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin təhlükəsizliyinə rəsmi İrəvanın təminat verəcəyi ilə bağlı fikirləri 10 noyabr 2020-ci il bəyanatından imtina etməkdən daha çox Azərbaycanın Laçın-Xankəndi yolunda, Ermənistanla sərhəddə quraşdırdığı sərhəd-keçid məntəqəsinə gecikmiş reaksiyası kimi qəbil oluna bilər”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, İrəvan özü həyata keçirəcək”-sözlərini Musavat.com-a şərh edərkən deyib.

Analitik bildirib ki, bu reaksiya Azərbaycandan daha çox Rusiyaya qarşı yönəlib: “Ermənistan hesab edir ki, Azərbaycan Laçın-Xankəndi yolunun Ermənistanla şərti sərhəd bölgəsində buraxılış məntəqəsi quraşdırmaqla 10 noyabr 2020-ci ilə bəyanatının tələblərini pozub. Şübhəsiz ki, belə bir yanaşma rəsmi İrəvanın 10 noyabr 2020-ci il bəyanatını özünəməxsus bir şəkildə interpretasiya etməsi ilə bağlıdır. Çünki sözügedən bəyanatda Laçın-Xankəndi yolunun təhlükəsizliyinə Azərbaycanın zəmanət verdiyi açıq şəkildə qeyd olunub. Ermənistan ərazisindən keçən dəhlizin təhlükəslziyinə isə, bəyanata uyğun olaraq, Rusiya təminat verməlidir. Digər tərəfdən, Azərbaycanın erməni əsilli vətəndaşlarının yaşadığı Qarabağ iqtisadi rayonu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu ərazidə yaşayan ermənilərə Ermənistana gediş-gəliş üçün imkanın tanınması, sırf humanizm xarakterli addındır və bilavasitə Azərbaycan Respublikasının suveren hüquqlarına aid olan məsələdir”.

E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi – eksklavı olan Naxçıvan Muxtar Respublika ilə əlaqəni heç bir halda, nə hüquqi, nə də məntiqi baxımdan Laçın-Xankəndi yolu ilə eyniləşdirmək mümkün deyil: “Yəni Naxçıvan Azərbaycan Respiblikasının eksklavıdır, ermənilərin yaşadığı Qarabağ iqtisadi rayonu da Azərbaycan Respublikasının ərazisidir – hər iki ərazi Azərbaycana aiddir. Qarabağ Azərbaycanın suveren ərazisi olduğu üçün bura ilə bağlı bütün məsələlər ölkənin digər ərazilərində olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası və digər hüquqi-normativ aktlarla, Naxçıvan Muxtar Respublikası Azərbaycanın eksklavı olduğu üçün bu əraziyə gediş-gəliş dövlətlərarası müqavilələrlə və beynəlxalq hüququn norma və prinsipləriylə tənzimlənir. İndi Ermənistan öz ərazisindən keçən dəhlizin təhlükəsizliyinə özü birbaşa, yaxud Rusiyanın iştirakı ilə təminat verir, bu, rəsmi İrəvanın və Moskvanın problemidir. Bu baxımdan, Moskva Ermənistanın əməllərinə Rusiya Xarici işlər nazirliyinin sözüçüsü Mariya Zaxarova səviyyəsində cavab verməkdənsə, 10 noyabr bəyanatının bütün müddəalarının yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır”.

Analitik hesab edir ki, 10 noyabr bəyanatının prinsipləri elə 2020-ci il noyabrın 10-dan pozulmağa başlayıb: “Hələ də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında 10 min nəfərə yaxın erməni hərbçisi var. Amma onlar elə 2020-ci il noyabrın 10-da cəhənnəm olub getməliydilər! Nə üçün bu, Moskvanı narahat eləmir?! Amma Ermənistan ərazisindən keçən dəhlizlə bağlı məsələ gündəmə gələndə Kremlin əndişəsi başlayır...”

Elşad Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR