İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə olacaq, kasıba olacaq...”-İqtisadçıdan xəbərdarlıq

2980 13.03.2022 20:51 İqtisadiyyat A A


 

Çikaqo Universitetinin professoru Konstantin Soninə  görə, “ərzaqdan başqa heç nə almayan”lar ciddi problem yaşaya bilər   

Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının yarısı sanksiyalara görə dondurulub. Bu barədə “Moskva. Kreml. Putin”  proqramına Rusiyanın maliyyə naziri Anton Siluanov deyib. “Bu, ölkə ehtiyatlarının təxminən yarısıdır. Ümumilikdə 640 milyard dollara yaxın ehtiyatımız var, 300 milyarda yaxın ehtiyat indi elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik”.

Siluanovun sözlərinə görə, Rusiyanın valyuta ehtiyatlarının bir hissəsi Çin valyutasında saxlanılır, lakin Qərb ölkələri Çinə onunla ticarəti məhdudlaşdırmaq üçün təzyiq göstərir.

Nazir deyib ki, Rusiya qızıl-valyuta ehtiyatlarına qoyulmuş sanksiya götürülənə qədər Rusiyaya dost olmayan və bu cür məhdudiyyətlər tətbiq edən ölkələrə dövlət borcu rublla ödənəcək: “Biz dövlət öhdəliklərini yerinə yetirməkdən imtina etməyəcəyik, amma  qızıl-valyuta ehtiyatlarımız dondurulduğu üçün borcumuzu rublla ödəmək tamamilə ədalətlidir”.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva isə Rusiyaya tətbiq edilən sanksiyalara görə defoltu mümkün hesab etdiyini deyib. O deyib ki, Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar ölkəni tənəzzülə sürükləyib. Rusiya  Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, əgər süni şəkildə yaradılmasa, Rusiyada defolt üçün heç bir şərait yoxdur. O, Rusiyanın maliyyə idarələrinin rəhbərlərinin rublla bütün xarici borcları ödəmək üçün hazır olduqları  barədə bəyanatlarını xatırladıb. Peskovun sözlərinə görə, süni təhriklər olmasa, defolt üçün heç bir şərait yoxdur.

Rusiyaya tətbiq edilən sanksiyalar və bunun nəticəsində yaranmış iqtisadi böhran əhalinin ən yoxsul təbəqəsini vuracaq. Bu barədə isə Çikaqo Universitetinin professoru, iqtisadçı Konstantin Sonin deyib. Onun sözlərinə görə, varlıların  həbs edilmiş və ya dondurulmuş var-dövlətinin geri qayıtmaq şansı çox azdır. Amma yeni nəsil bundan sonra nəticə çıxaracaq, Rusiyada daşınmaz əmlak alacaqlar. Bu əmlaklar indi çox ucuzlaşsa da, nə vaxtsa yenidən bahalaşmağa başlayacaq.  “Nazirlərə, bizneslə məşğul olan bir sıra deputatlara, dövlət korporasiyalarının rəhbərlərinə, xüsusən də şəxsi sanksiyalara məruz qalanlara yazığı gəlmək olar",-deyə iqtisadçı qeyd edir.

 O qeyd edib ki, orta təbəqənin itkilər də   böyükdür, biznesləri, qeyri-kommersiya firmaları əldə çıxıb. Lakin belə insanların xaricdə yaxşı iş tapma ehtimalı daha yüksəkdir.

 “Ən pisi, əlbəttə ki, Rusiyada 60% və ya daha çox olan kasıblar üçün olacaq. Mahiyyətcə, onların əmanətləri yoxdur və gəlirlərinin böyük hissəsi yeməyə sərf olunur. Belə hərtərəfli böhran zamanı isə ərzaq bahalaşır və bu da ərzaqdan başqa heç  nə almayan yoxsullar üçün ciddi  problem yarada bilər”,- deyə o bildirib.

 

Orxan ƏLİYEV,
Musavat.com 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR