İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin "Şam yeməyini bir yerdə edən ailələrdə böyüyən uşaqların göstəricilərində böyük fərq var" fikrinə reaksiya

936 22.06.2023 16:56 Sosial A A


"Ailə mühitinin də inkişafa böyük təsiri var. Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edən ailələrdə böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var. Evdə kitab sayı, valideynlərin kitab oxumaq həvəsi, davranışı da prosesə böyük təsir edir".

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ötən gün "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib. Nazirin bu sözləri müzakirələrə səbəb olub.

Musavat.com bildirir ki, təhsil eksperti Kamran Əsədov məsələyə bu cür mövqe bildirib:

"Həqiqətən də, çoxsaylı araşdırmalar ailənin yemək saatında bir arada olmasının uşaqlar üçün çox faydaları olduğunu göstərir. Birlikdə şam yemək ailə üzvlərinin bir-birilə daha çox vaxt keçirməsinə imkan verir və ailə üzvləri arasında daha güclü bir əlaqə yaradır.
Uşaqlar ailənin sosial təmasını hiss edərək özünü dəyərləndirə bilir və müsbət davranışlara yönəlirlər.
Bununla birlikdə, şam yeməyi zamanı ailə üzvləri arasında ətraflı söhbətlərin aparılması uşaqların dil və söhbət bacarıqlarının inkişafına dəstək ola bilir.

Aparılan tədqiqatlar əsasında deyə bilərəm ki, mütəmadi olaraq ailəsi ilə şam yeməyində süfrə arxasında oturub böyüyən uşaqların dəyər və normaları başqalarından fərqli olur. Buna görə də bir çox tədqiqatlar ailə üzvlərinin bir araya gəlməsinin uşaqların psixoloji və sosial inkişafını təmin etməsi məqsədilə şam yeməyini bir arada etməyi məsləhət görür.

Amma Azərbaycanda vətəndaşların cəmi 17 faizinin ali təhsilli, ondan dəfələrlə az hissəsinin keyfiyyətli ali təhsilə malik olduğunu nəzərə alsaq, ali təhsilli valideynlərin uşaqların təhsil göstəricilərinə bilavasitə ciddi təsirini tədqiqatlar və buraxılış, qəbul imtahanlarının nəticələri təsdiq etmir".


Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR