İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

3715 16.05.2023 16:57 Təhsil A A

"Bizim niyyətimiz hansısa müəllimin əmək haqqını kəsmək deyil. Müəllimin təhsili orta ixtisas təhsilidirsə, ona uyğun əmək haqqı alacaq".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, 5881 nəfər tərbiyəçi müəllimin məktəbəqədər təhsil sahəsi, ali və orta ixtisas təhsilli olmadığı müəyyən edilib.

"Tərbiyəçi müəllimlərin əmək haqlarının diplomlara uyğunlaşdırılması həyata keçirilir. İxtisasartırma və yenidən hazırlanmaq nəzərə alınmaqla əmək haqqı artımına baxıla bilər", - Emin Əmrullayev qeyd edib.

Nazir bildirib ki, qanunvericiliyə dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 mindən çox pedaqoji heyətin sertifikasiyadan keçməsi nəzərdə tutulur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR