İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Qətər əmiri ilə görüşdə elə sözlər deyib ki... - ŞOK

1674 31.10.2023 18:10 Dünya A A

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Qətərlə bağlı açıq bəyanatları səbəbindən bu ölkənin əmiri Təmim bin Həməd Əl Tani ilə görüşü az qala pozulub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Spiegel” qəzeti məlumat yayıb.

Belə ki, bu ilin oktyabrın 10-da ZDF-yə verdiyi müsahibədə Berboka belə bir sual ünvanlanıb: “terrorun sponsoru ilə nahar edirsinizsə, İsraillə bağlı bütün həmrəylik ifadələri nəyə yarayır?”

"Bu dövlətlərə, o cümlədən Qətərə çox aydın şəkildə belə bir qəddar terrorla mübarizə aparmaq öhdəlikləri olduğu çatdırılıb", - deyə nazir belə bir cavab verib.

Onun sözlərinə görə, terrorizmin maliyyələşdirilməsi mövzusu Qətərlə danışıqlarda mərkəzi mövzu olacaq. Çünki Almaniya terrorizmin maliyyələşdirilməsini qəbul etmir və Qətər kimi ölkələr “bunun üçün xüsusi məsuliyyət daşıyır”.

“Spiegel”in xəbərinə görə, həmin müsahibə Berlin və Doha arasında "qızğın telefon danışıqlarına" səbəb olub. Gələn informasiyalara əsasən, Berbokun açıqlamalarına görə Qətər əmiri əvvəlcə onunla mümkün görüşə şübhə ilə yanaşıb.

Lakin nəticədə Qətər əmiri Berlində Almaniya Xarici işlər nazirliyinin rəhbəri ilə görüşüb.

Qəzetin yazdığına görə, görüş zamanı Əl Tani, “Qətərin yardım ödənişlərinin İsrail və ABŞ ilə razılaşdırıldığını və ciddi nəzarətə tabe olduğunu” çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR