İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir "məşqçi"nin 7 yaşlı uşağı öldürməsindən danışdı

741 16.05.2023 17:10 Təhsil A A

"Sumqayıtda məktəbin idman zalında baş verən problemi nazirliyin deyil, cəmiyyətin problemi kimi qiymətləndirmək lazımdır".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Nazir bildirib ki, məktəblərin funksiyası peşəkar idmançı yetişdirmək deyil, uşaqların boş vaxtlarını dəyərləndirməkdir:

"Onların arasından çıxacaq peşəkar idmançıları federasiyalar yetişdirməlidir".

Məlumat üçün bildirək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR