İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir 8 Martda məktəblərdə pul yığılması məsələsinə aydınlıq gətirdi

1396 27.02.2023 17:35 Təhsil A A

"Məktəblərdə pul yığımı ilə bağlı valideyn tərəfindən şikayət olmalıdır ki, bunun qarşısını ala bilək. Bu məsələdə iki hal olur: biri məcburetmə, biri də valideynlərin özlərinin təşəbbüsü ilə hədiyyələrin alınması. Şikayət daxil olmalıdır ki, məsələni araşdıra bilək". 

Musavat.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

"8 Martda və digər günlərdə valideynlərin təhsil işçiləri üçün bahalı hədiyyə alması, külli miqdarda pulun verilməsi pedaqoji dəyərlərə uyğun deyil. Onu da nəzərə almaq lazımdır ki, pul və ya hədiyyə qəbulu heç də həmişə müəllimin təşəbbüsü ilə olmur. Təxminən 1,5 milyonluq şagird kütləsindən danışırıq. Arzumuz ondan ibarətdir ki, müəllimləri təbrik etmək üçün bahalı hədiyyə və pul yığımı olmasın. Bəzi hallarda təşəbbüskarlığı məhz valideynlər edir. Məktəb rəhbərliyi ilə bağlı olanda ölçü götürə bilərik, amma valideynlərə sadəcə tövsiyə edə bilərik. Bu hərəkət daha çox davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb rüşvət formasında hədiyyə verməməlidir. Yanlış utanmaq hissindən valideynlər müəllimləri maddi dəyəri böyük olmayan, əksinə, mənəvi dəyəri çox olan açıqcalarla təbrik etsinlər", - nazir bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR