İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "30 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulur"

591 16.05.2023 16:22 Təhsil A A

"Bu günə olan məlumata görə, ümumtəhsil müəssisələrində çalışan 33 315 müəllim sertifikatlaşdırma üçün müraciət edib".

Musavat.com xəbər verir ki, bunu brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, 30 mindən çox müəllim sertifikatlaşdırmaya cəlb olunacaq və həmin müəllimlərin əmək haqqının artacağı proqnozlaşdırılır.

"60 yaşı keçmiş 5290 müəllim könüllü şəkildə sertifikatlaşdırmada iştirak üçün müraciət edib. Ötən il uğur qazanmayan 2803 müəllim üçün də sertifikatlaşma keçiriləcək. Onlardan 505 müəllim təlimlərdə iştirak etməkdən imtina edib. Bunun səbəbləri araşdırılır. Əgər uğur qazanmasalar, əmək müqavilələrinə xitam veriləcək", - deyə nazir bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR