İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda yeniyetmə qızı öldürən şəxsin işi məhkəməyə göndərildi

639 26.12.2023 11:34 Kriminal A A

Naxçıvanda yeniyetmə qızı qətlə yetirən şəxsin barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Musavat.com-a verilən məlumatda bildirilir ki, cari il iyunun 18-də Kəngərli rayonunun Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun həmkəndlisi Aysun İbrahimovanın yaşadığı fərdi yaşayış evində tək olmasından istifadə edərək zorla evə daxil olub ona qarşı qanunsuz hərəkətlər etməsinə, bundan sonra isə sonuncunu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə), 157.2-ci (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və digər maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Samir Əli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR