İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda AĞIR QƏZA - Ölənlər var 

737 23.04.2024 10:38 Hadisə A A

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub.

Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR