İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının yad edilməsinə görə həbslər

1382 17.02.2024 20:39 Gündəm A A

Rusiyanın ən azı 30 şəhərində həbsxanada ölən siyasətçinin  xatirəsinə həsr olunmuş mərasim keçirildiyi deyilir  

Aleksey Navalnının ölümündən sonra  Rusiyanın iri şəhərlərində müxalifət siyasətçinin yad edilməsi mərasimləri başlayıb ki, hakimiyyət bunlardan ciddi narahat olub. Rusiyanın müxalif saytlarının məlumatına görə,  gecə gec saatlarına qədər Sankt-Peterburq sakinləri iki şəhər abidəsinə - Trinity meydanındakı Solovetski daşına çiçəklər, şamlar və siyasətçinin surətini çıxarmış portretlərini aparıblar.  Voskresenskaya sahilindəki siyasi repressiya qurbanlarının abidəsinə də Navalnın xatırəsinə hörmət  olaraq çiçəklər qoyulub. Çoxları Navalnı üçün ağlayıb, bəziləri şeir oxuyub. Navalnının xatirəsini yad etməyə gələnlərin sayı min nəfəri ötüb. Moskvada da bu cür yadetmə mərasimlər keçirilib. İnsanlar toplaşdıqları yerlərdə Navalnının ölümünü müzakirə ediblər.

87979789789.JPG (121 KB)

Teleqram kanallarında həm Moskvada, həm də Peterburqda həbslər aparıldığı haqda xəbərlər var. 200-dək insanın həbs edildiyi, onların demək olar ki, yarısının Sankt-Peterburqda olduğu deyilir. Polis şöbələrə aparılanlar sırasında ictimai fəallarla yanaşı  baş verənləri işıqlandıran jurnalistlər də olub. Rusiyanın ən azı 30 şəhərində Navalnının xatirəsinə həsr olunmuş mərasim keçirildiyi deyilir. 

Dövlət Dumasının sədri Vyaçeslav Volodin Aleksey Navalnının qəfil ölümünü şərh edərkən deyib ki, dost olmayan dövlətlər Rusiyanı müxalifətçini qətlə yetirməkdə ittiham etməyə başlayıblar.  

 Spiker onların heç birinin Navalnın nədən öldüyü barədə rəsmi ekspertizanın nəticəsini belə gözləmədiyini vurğulayıb. “Onlar üçün informasiya məkanını etibarsız informasiya ilə doldurmaq vacib idi, çünki  Navalnın ölümündən əslində kimlərin faydalandığı artıq hər kəsə bəllidir: Rusiyaya qarşı 19 mindən çox sanksiya tətbiq edənlər,  öz əhalisi tərəfindən dəstəklənməyən və seçkilərdə qalib gəlmək şansı olmayanlar... Rusiyanı məhv etmək istəyənlər onun inkişafını dayandırmaq üçün hər şeyi edirlər” ,  Volodin özünün “Telegram” kanalında yazıb.

585758757474.JPG (134 KB)

Dövlət Dumasının sədri qeyd edib ki, Navalnın ölümündən sevinənlər  Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Rişi Sunak və   Ukrayna prezidenti Vladimir Zelenskidir.  Vyaçeslav Volodin vurğulayıb ki, Navalnının ölümündə günahkar onlardır. 

Navalnının cəsədi isə ekspertiza başa çatana qədər buraxılmayacaq. Bu barədə İstintaq Komitəsindən  məlumat verilib.  Navalnının cəsədinin harada morqunda saxlandığı  deyilmir. Həbsxana meyitin tez bir zamanda buradan çıxarılmasında  maraqlı olduqlarını bildirib. İstintaq Komitəsi isə cəsədi hələ təhvil vermək niyyətində deyil. 

Orxan ƏLİYEV, 
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR