İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnının ölümü kimə lazım ola bilərdi? - CAVAB YOX, YALNIZ SUAL!

638 17.02.2024 13:13 Yazarlar A A

 


Aleksey Navalnı öldü!

…indi soyuqqanlı düşünmək vaxtıdır: Onun ölümü kimə lazım ola bilərdi?

Rusiyada prezident seçkisinə təxminən bir ay qalır. Bu ərəfədə Vladimir Putin özünü kifayət qədər inamlı hiss edir. Müxalifət düşərgəsinin küçələrə, izdihamlı etiraz aksiyalarına çıxmasına bəhanə vermək, dövlət başçısının əleyhinə olan qüvvələri kütləvi hərəkata təhrik etmək Putinə nə üçün lazım olsun?

Rusiya-Ukrayna müharibəsində vəziyyət NATO başda olmaqla Qərbin istədiyi kimi deyil, Ukrayna şiddətli müqavimətdən sonra-kvartal-kvartal, küçə-küçə, hətta kənd-kənd-öz mövqelərini itirir.

Avdeyevkanı da tərk etdi… Qərb, ABŞ narahatdır. Kiyevi silah-sursatla, vasitə və vəsaitlə təmin etmək getdikcə daha çətin olur…

…Bu arada Navalnının məşhur müsahibəsindən “Ölsəm, deməli, heç nədən qorxmayın, təslim olmayın, biz nəhəng qüvvəyik!” mesajının (jurnalistin “bu müraciəti rus dilində ayrıca səsləndirin!” çağırışı da ən azı qəribədir. Hansı günə hesablanmışdı o tərcümə-xahiş?) heyrətamiz surətdə, ildırım sürətilə tirajlanması bizə nə deyir?

Rusiya Federasiyasının hüquq mühafizə orqanları hələ bir gün əvvəl məhkəmədə (zəiflədiyi hiss olunsa da) yaxşı əhval-ruhiyyədə çıxış edərək hakimlə zarafat edən, təbəssüm saçan Aleksey Navalnı ətrafında hər bir xırda detalı ciddi araşdırmalıdır. Ölüm faktı ərəfəsinə təsadüf edən hər nüansı… Qərb texnoloqlarının hadisəni dərhal Putinə qarşı çevirərək şərh etməsi də kifayət qədər maraqlıdır.

Bəli, Navalnı müxalifət təmsilçisidir. Amma o, artıq Rusiyada elə bir gücə sahib deyildi. Necə deyərlər, Saakaşvililəşməkdə idi. Ötən il onun 19 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarılmışdı. Sokratasayaq sual: ölməkdə, öldürülməkdə məqsəd nə olub? 

Heç bir qənaətim, iddiam, verdiktim yoxdur. Sadəcə suallarım var. Mən indiki halda-hələlik cavab verməyin yox, sual verməyin tərəfindəyəm!

ba260fa9e2b5b0d10228d481dcae8f07.jpg (53 KB)

Mir Şahin Ağayev,
Real TV-nin rəhbəri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR