İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ölkələri BU SƏBƏBDƏN Orbana inanmır - İDDİA

667 09.07.2024 15:12 Dünya A A

Mərkəzi və Şərqi Avropadakı bəzi NATO ölkələri Macarıstanın baş naziri Viktor Orbana inamını itirir və Budapeştin Moskva ilə münasibətlərini qoruduğu üçün bu ölkə ilə strateji məsələləri müzakirə etmək istəmir.

Musavat.com xəbər verir ki, bu məlumat Fransanın “Le Monde” qəzeti tərəfindən yayılıb.

Məlumata görə, “Buxarest doqquzluğu” (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Slovakiya, Rumıniya, Çexiya və Estoniya) Orbanla “məxfi məlumatların paylaşılmasının” və “strateji danışıqların təşkilinin” mümkün olmadığı qənaətindədir. Bu, Macarıstanın baş nazirinin Moskva ilə “açıq ünsiyyət kanalına” malik olması ilə bağlıdır.

Məlumata əsasən, Macarıstana inamsızlıq güclənərsə, “Buxarest doqquzluğu” tezliklə “Buxarst 8”ə çevrilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR