İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO nun yeni konsepsiyası - nüvə silahı yarışı qızışır

1246 28.06.2022 15:30 Analitika A A

NATO çevik müdaxilə qüvvələrinin sayını təxminən 40 mindən 300 minədək artırmaq istəyir. Bu barədə Madrid sammitindən əvvəl baş katib Stoltenberq bildirib. Səbəb isə Rusiyanın Ukraynaya hücumudur. Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə görə NATO “300 mindən çox əsgəri” daha yüksək hazırlıq vəziyyətinə gətirmək istəyir. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə bildirib. O, "soyuq müharibədən sonra kollektiv müdafiə və çəkindirmə qüvvələrinin yenidən qurulmasından" danışır. Onun sözlərinə görə, 30 alyans ölkəsinin dövlət və hökumət başçıları bu barədə Madriddə keçiriləcək ittifaq sammitində qərar vermək istəyirlər.

İndiyədək NATO-nun çevik müdaxilə qoşunları 40 min əsgərdən ibarət olub. Müdaxilə qoşunlarının planlaşdırılan yenidən qurulması bütün alyans ərazisi üçün yeni güc modelinin bir hissəsidir. Bu, yüksək hazırlıq vəziyyətində olan daha çox qüvvəni əhatə edir.

Bundan əlavə, müəyyən ərazilərə də əlavə qüvvələr yerləşdirilə bilər. Bu o deməkdir ki, alman əsgərləri Rusiyanın hücumu halında Litva qoşunlarına dəstək verəcəklər.

Sülh dövründə çevik müdaxilə qoşunları milli komandanlıq altında olması nəzərdə tutulur, lakin fövqəladə hallarda NATO qüvvələri Avropadakı ali komandan tərəfindən idarə oluna bilər. Qoşunlara əməliyyat hazırlığı üçün müəyyən vaxtlar da veriləcək. Bəzi strateji hücum silahlarının ən çox on günə, bəzilərinin isə 30-50 günə hazır olması müzakirə olunur. Çevik müdaxilə qüvvələri isə maksimum 2-3 günə yüksək hazırlıq vəziyyətinə gətirilməlidir. Fövqəladə halların təfərrüatları gələn il hazır olmalı olan yeni regional müdafiə planlarında müəyyən ediləcək.

NATO nun çevik müdaxilə qoşunlarının yenidən qurulması və alyans ölkələrinin Rusiyaya qarşı daha şiddətli sanksiyalara əl atması "soyuq müharibə"nin daha da şiddətlənəcəyini göstərməklə yanaşı, dünya müharibəsi təhlükəsini artırıb.

NATO nun yenidən qurulması ilə bağlı son sözü Türkiyə deməlidir. 300 minlik çevik müdaxilə qoşunlarının böyük bir hissəsini türk qoşunlarından ibarət olacağı söylənir. Ankara Finlandiya və İsveçin NATO -ya üzv qəbul edilməsinə razılıq verərsə, yenidənqurma işləri sürətlənəcək.

Bu arada atom bombası yarışı yenidən qızışır. Iran 30 kg zənginləşdirilmiş Urana sahib olduğunu rəsmi şəkildə açıqlayıb. Bir atom bombası üçün isə 20 kq uran kifayət edir. Ancaq Tehran cəmi 60 faiz zənginləşdirilmiş Urana sahibdir. Atom bombası qayırmaq üçün uran 90 faizə qədər zənginləşdirilməlidir.

İranın sürətlə irəliləməsində Tehranın Ermənistandan aldığı nüvə reaktorlarının rolu böyükdür.
İsrailin Ermənistana silah satmamasının əsas səbəblərindən biri də həmin silahın İrana ötürülməsi qorxusudur.

Dünyada ən çox atom bombası olan dövlət Rusiyadır. 4630 atom bombasının 1625 i hazır vəziyyətdə durub. Yerdə qalanı ya anbarda, ya da utilizasiyanı gözləyir. Birləşmiş Ştatların 3750 atom silahının 1800 ü hazır vəziyyətdədi. 2003 cü ildə 10 minə yaxın atom bombası olan Pentaqon hələlik tələsmir. Pentaqonun daha effektiv silah üzərində işlədiyi söylənir.

Çin daha sürətlə silahlanır. Pekinin 250-350 arası nüvə silahının olduğu təxmin edilir. 2030 cu ilə qədər Pekinin minə yaxın bombaya malik olacağı proqnozlaşdırılır.

Çinin sürətlə silahlanması Yaponiyanı ciddi qorxuya salıb. İndiyə qədər orduya pul xərcləməyən Yapon hökuməti bu ildən hərbi xərcləri ciddi şəkildə artırıb.

Atom bombasına malik olan qərb ölkələri atom arsenallarını yüksəltməyə tələsmirlər. Yeni atom bombalarının bir neçəsinin yer kürəsini bir neçə dəfə dağıtmağa yetərli olduğu halda yeni atom bombalarının istehsalı məntiqli addım sayılmır. Atom bombası arsenalı sıralamasında
Fransa 290 (280 aktiv), İngiltərə 225 (120 aktiv), İsrailin 200, Hindistanın 130-140, Pakistanın 80-90 bombası var.

Böyük güclərin sürətlə silahlanması fonunda Azərbaycan və Türkiyənin birgə atacağı addımlar da maraqlıdır. Rusiyanın izolyasiyasının güclənməsi fonunda türk dövlətləri arasında birlik çalışmalarının daha da sürətlənəcəyi ehtimal olunur. Özbəkistan və Azərbaycan arasında hərbi əməkdaşlığın genişləndirilməsi türk dövlətlərinin xarici təhdidlərə qarşı hərbi ittifaqının yaradılmasını hədəfləyib.

3332.JPG (18 KB)

Elxan Həsənli, xüsusi olaraq Musavat.com üçün

İsveçrə

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR