İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA dünyanı gözləyən təhlükə ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - Bazar ertəsi həyəcan artacaq

5804 23.09.2022 23:02 Astrologiya A A

NASA Yerə mümkün asteroid təhlükəsini aradan qaldırmaq üçün bazar ertəsi İkiqat Asteroid Yönləndirmə Testini (DART) sınaqdan keçirəcək.

Musavat.com-un xəbərinə görə, amerikalı alimlər bildirib ki, DART layihəsi bazar ertəsi "Dimorfos" asteroidinə çırpılmağa hazırdır.

Mətbuat konfransında çıxış edən NASA-nın Planeti Müdafiə Departamentinin əməkdaşı Lindsi Conson qeyd edib ki, İkiqat Asteroid Yönləndirmə Testi asteroidin trayektoriyasını dəyişmək üçün kinetik təsir texnikasını sınayacaq.

Diametri 160 metr olan "Dimorfos" asteroidi Yerdən 6 milyon mil məsafədə yerləşir və planet üçün təhlükə yaratmır. Lakin elm adamları potensial asteroid təhlükəsini aradan qaldırmaq üçün süni kosmik gəminin istifadə oluna biləcəyini müşahidə etmək məqsədilə "Dimorfos"u orbitindən yayındırmağa çalışırlar. Bunun üçün DART kosmik gəmisi asteroidə çırpılaraq "Dimorfos"un hazırkı trayektoriyasının dəyişib-dəyişmədiyini yoxlayacaq.

DART-ın missiya sistemləri mühəndisi Elena Adams "Kameraları yönəldəcəyik və şəkillər çəkəcəyik. Biz asteroidin hansı formada olduğunu bilmirik" deyə qeyd edib. Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından "SpaceX Falcon 9" raketi ilə buraxılan kosmik gəmi saatda 24 000 kilometr sürətlə "Dimorfos"la toqquşacaq.  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR