İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanılıb - Fotolar

692 04.11.2022 11:46 Kriminal A A

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Daşkəsən rayonu ərazisində hərəkətdə olan “LADA”  markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Surxan Həşimovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitə olan istifadə etməsi məlum olub.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilib.

0e7b9c27-287e-4e16-a641-4d8631faf7ea.jpg (33 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR